Bia.Az

XİN rəhbərləri “Stalin-Çörçil-Ruzvelt qərarları” qəbul edə biləcəkmi? - Tehran-23

Gündəm
 23-10-2023, 15:24     348

Oktyabrın 23-də Tehranda Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı və XİN rəhbəri Hüseyn Əmir Aabdullahianın ev sahibliyi ilə “3+3” formatında ilk iclası keçiriləcək. Tədbirdə məqsəd regional məsələləri regional mexanizmlər vasitəsilə həll etməkdir.

Bu barədə “Fars News” yazıb.

İran nəşrinin təhlilində qeyd olunur:

“3+3” formatına Cənubi Qafqazın üç ölkəsi (Azərbaycan, Ermənistan və Gürcüstan) və bu regiona qonşu olan üç ölkə, o cümlədən Rusiya, Türkiyə və İslam Respublikası daxildir. Gürcüstan (Rusiya ilə olan ixtilaflar və fikir ayrılıqlarına görə) toplantıda iştirak etməyəcək.

Bununla bərabər, dünən, oktyabrın 22-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan günortadan sonra nümayəndə heyətinin başçısı kimi Tehrana gəlib və Rusiya, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirləri də bu gün Tehrana qədəm basacaqlar.

İran İslam Respublikası daha əvvəl “3+3” (İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) xarici işlər nazirlərinin iclasını keçirməyə hazır olduğunu bəyan etmişdi. XİN rəhbəri Hüseyn Əmir Abdullahian nazirliyə rəhbər təyin olunduqdan sonra və Moskvaya ilk səfəri zamanı Rusiya mətbuatına “3+3” formatı ilə bağlı müsahibə vermişdi.

O demişdi: “Mübahisələrin həlli üçün bir neçə format təklif olunub. Bu formatlardan “3+3” formatı Qarabağda eskalasiyası gündəmə gələndən bəridir. Düşünürük ki, anlaşılmazlıqlar dialoq yolu ilə aradan qaldırıla, dialoqlarda ölkələrin ərazi bütövlüyü vurğulana və nəticəni yerlərdə həyata keçirə bilər”.

Sentyabrın 19-20-də Qarabağda baş verən yeni toqquşmalardan sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani verdiyi bəyanatda region ölkələrinin mübahisələrin sülh yolu ilə həllinə yardımçı olmaqda rolunu, İran İslam Respublikasının bu kontekstdə və “3+3” formatında görüş keçirməyə hazır olduğunu vurğulayıb.

Xatırladaq ki, bu, xarici işlər nazirləri səviyyəsində Tehranda ilk görüşdür və bundan əvvəl “3+3” iclası Moskvada Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Həmin görüşdə nazir müavini və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Əlireza Haqian iştirak edib.

Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Seyid Kamal Xərrazi bu yaxınlarda verdiyi müsahibədə deyib: “İran İslam Respublikası Qafqaz regionunda sülh və əmin-amanlığı bərqərar etmək istədiyi üçün iclasın təşkilində maraqlıdır. Uzun illərdir ki, region ölkələrinin “3+3” şəklində, 3 Qafqaz, yəni Azərbaycan Respublikası, Ermənistan və Gürcüstan dövləti və Qafqazın 3 qonşu ölkəsi, yəni İran, Rusiya və Türkiyə mübahisələrin həlli və Qafqazda sülhün yaradılması yolları araşdırılmır”.

Xərrazinin sözlərinə görə, belə bir görüş mütləq ixtilafların həllinə və bütün Qafqaz regionu üçün maraqlara dair dayanıqlı qərarların qəbuluna kömək edə bilər.

Geridə qalan müddət ərzində Hüseyn Əmir Abdullahian qonşu ölkələrdəki vəzifədaşları ilə məsləhətləşmələr aparıb. Onun bu yaxınlarda erməni vəzifədaşı Ararat Mirzoyanla telefon danışığı olub.

Abdullahian və Mirzoyanın söhbətində “3+3” formatında görüşün əhəmiyyəti vurğulanıb.

Əmir Abdullahian deyib: “3+3” iclasındakı mesajımız Qafqazda sülh mesajıdır. Ararat Mirzoyan da bu görüşün keçirilməsi ilə bağlı ümidvar olduğunu bildirib və qeyd edib ki, “3+3” formatında keçirilən görüş regional dialoq üçün böyük potensialdır”.

İran İslam Respublikasının diplomatik xidmətinin rəhbəri İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Digər tərəfdən, Azərbaycan prezidenti İlham Əliyev Bakıda yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla görüşündə bəyan edib ki, bu ölkə “3+3” əməkdaşlığını dəstəkləyir. O bu formatda görüşün mümkün qədər tez keçirilməsi müsbət addım hesab edib.

Bundan əlavə, oktyabrın 27-də keçirilən görüşdə XİN-nin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Bakıda daimi sülh və sabitlik mövzusunda görüşüb. Həmin təmasda Cənubi Qafqaz bölgəsində vəziyyət və “3+3” təşəbbüsünün əhəmiyyəti bir daha vurğulanıb.

Nəhayət, Əmir Abdullahian son Ciddə toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla da görüşüb.
//Reyting.az//скачать dle 12.1