Bia.Az

Oqtay Gülalıyevdən xəbər var: “Növbəti mərhələdə şüuru özünə gəlməlidir”

Gündəm / Sosial
 7-05-2020, 17:28     615

Oqtay Gülalıyevdən xəbər var: “Növbəti mərhələdə şüuru özünə gəlməlidir”

Ötən il oktyabrın 29-da piyada keçidini keçərkən avtomobillə vurulan, hazırda Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti və hadisə ilə bağlı istintaqın gedişatından uzun müddətdir xəbər yoxdur.

Jurnalist Əvəz Zeynallı deyir ki, koronavirus pandemiyası dövründə tətbiq olunan karantin səbəbindən Türkiyəyə gedə bilmir, buna görə O. Gülalıyev barəsində məlumatsızdır.

Oqtay Gülalıyevdən xəbər var: “Növbəti mərhələdə şüuru özünə gəlməlidir”

Jurnalist həmçinin son zamanlar istintaq barədə açıqlamaya rast gəlmədiyini bildirir.

Hüquq müdafiçəsinin oğlu Əli Gülalıyev isə Toplum TV-yə söyləyr ki, atasının vəziyyətində ciddi dəyişiklik yoxdur.

"Hələlik semi-koma şəraitindədir. Növbəti mərhələdə şüuru özünə gəlməlidir. Bunun üçün gərəkli olan tədbirlər görülür. Durumu isə stabildir. Şükr”.

Ə.Gülalıyev istintaqın yekunlamadığını, davam etdiyini bildirir.

Məsələ ilə bağlı məlumat almaq istədiyimiz Baş Prokurorluğun mətbuat xidməti isə zənglərimizi cavabsız qoyur.

Oqtay Gülalıyev son illər Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru kimi ölkədə yerli və beynəlxalq təşkilatların siyasi məhbus saydığı şəxslərlə yanaşı "Tərtər işi", "Nardaran işi"nə görə həbs olunanların, Kür daşqınları zamanı zərərçəkənlərin hüquqlarını müdafiə edib.

O, 2012-ci ildə Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların "ədalətli bölünməsi" tələbilə keçirilən etiraz aksiyalarından sonra həbs olunmuşdu. "Kür" Vətəndaş Cəmiyyəti qərargahının koordinatoru olan hüquq müdafiəçisi haqqında "kütləvi iğtişaş" ittihamı ilə cinayət işi açılmışdı.

Sabirabad rayon Məhkəməsi O.Gülalıyev haqqında 2 aylıq həbs-qət imkan tədbiri seçilməsinə qərar versə də, az sonra o azadlığa buraxılmışdı.

Hüquq müdafiəçisinin avtomobillə vurulmasını rəsmi qurumlar təsadüf saysalar da, bəzi müxalifət liderləri, hakimiyyət tənqidçiləri buna şübhəylə yanaşır, ona sui-qəsd hazırlandığını iddia edirlər.


BİA.AZскачать dle 12.1