Bia.Az

Ermənilərin Qarabağa “qayıdış çağırışı”: AB nə istəyir?

Gündəm
 19-10-2023, 16:50     358

Avropa Şurası Nazirlər Kabineti Azərbaycana ermənilərin Qarabağa “təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıdışına şəraitin yaradılması” çağırışını edib. Və bu, Avropa strukturları tərəfindən edilən neçənci çağırışdır. Lakin burada bir neçə ziddiyyətli məqam xüsusilə diqqət çəkir.

Birincisi, Azərbaycan ermənilərin Qarabağı tərk etməsini istəmədiyi halda “deportasiya” ittihamı ilə üzləşir;

İkincisi, Azərbaycan ermənilərin Qarabağa təhlükəsiz şəraitdə qayıdışına şəraitin yaradıldığını dilə gətirsə də, Qərb ölkələri - Avropa strukturları sanki bunu eşitmir və “qayıdışın təmin edilməsi” haqda eyni sözləri mütəmadi olaraq təkrarlayır;

Üçüncüsü, ermənilərin Qarabağa qayıdışı çağırışını edən Avropa İttifaqı bu “qaçqınların” təminatı üçün Ermənistana milyonlarla avro pul ayırır;
Dördüncüsü, Ermənistan hakimiyyəti ermənilərin ölkəni tərk etməsini istəmir: Paşinyan bu gün verdiyi açıqlamada bildirib ki, artıq 3000 erməni başqa ölkəyə gedib, hərçənd, onların heç bir ölkəyə getməsini istəmir və Ermənistanda qalması üçün hər şeyi edirlər.

Bu mənzərə sual yaradır: Ermənistan ümumiyyətlə ermənilərin Qarabağa qayıdışını istəyirmi?

Paşinyanın son açıqlaması, eləcə də Bakının açıq mövqeyinə baxmayaraq, Aİ-nin İrəvana “qaçqınlara yardım” adı altında maliyyə ayırması ermənilərin qayıdışında çox da maraqlı olmadıqlarını deməyə əsas verir. “Ermənilərin qayıdışı” məsələsinin Ermənistan və Avropa strukturları tərəfindən Azərbaycana qarşı davamlı ittiham motivi olaraq istifadə edildiyi ortadadır və bunun ardıcıl olacağı gözlənilir. Ermənistan hakimiyyəti isə bundan həm də maliyyə yardımı almaq üçün istifadə edir.скачать dle 12.1