Bia.Az

İCRA BAŞÇISININ ON MİLYONLARLA PULU ƏLƏ KEÇİRİLİB! - Dəhşət saçan görüntülər +FOTOLAR (Yenilənib)

Gündəm / Bölgə / Redaktorun seçimi
 7-05-2020, 15:04     493

İCRA BAŞÇISININ ON MİLYONLARLA PULU ƏLƏ KEÇİRİLİB! - Dəhşət saçan görüntülər +FOTOLAR (Yenilənib)

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin xidməti kabinetində və yaşadığı ünvanlarda keçirdiyi əməliyyatlara dair görüntülər sözün əsl mənasında heyrət doğurur.

“AzPolitika.info” xəbər verir ki, bu görüntülərdə əks olunan başçının təkcə nəğd pul şəklində evində gizlətdiyi xarici valyutanın həcmi on milyonlarla dollarla ölçülür.

Qeyd edək ki, bundan öncə həbs olunan icra başçılarının yalnız xidməti kabinetlərində və öz üzərlərində olan pul vəsaitləri göstərilirdi. Onlardan fərqli olaraq, Vilyam Hacıyevin mənzilində aparılan axtarışların və burada aşkarlanan on milyonlarla dollar məbləğində pul vəsaitlərinin görüntüləri yayımlanıb.

Bu görüntülərdəki xüsusi şəkildə qablaşdırılmış pul bükümlərindən belə aydın olur ki, başçı öz varidatının müəyyən hissəsini avro və ABŞ dolları şəklində saxlayırmış. Misal üçün V.Hacıyevin sözügedən “xəzinəsində” bir neçə 500-lük avro bağlaması var. Hər belə bağlama 500 min avro, yəni təxminən 1 milyon manat deməkdir! Bunu nəzərə alsaq, təkcə başçının mənzilində tapılan və görüntülənən kadrlardakı məbləğin 10 milyonlarla dollar olduğu şübhəsizdir.

Özü də bu, “kirayədə yaşayan” V.Hacıyevin təkcə evindəki nəğd valyutadır. Hələ paytaxt Bakıda, ölkənin ayrı-ayrı regionlarında və xarici ölkələrdəki bizbnesləri, yatırımları, bank hesablarındakı vəsaitləri neçə on milyonlardırsa bilmirik.

Rəsmi açıqlamada qeyd olunub ki, müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 6-da Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Onu da qeyd edək ki, İmişli Azərbaycanın heç də ən varlı rayonlarından biri, Vilyam Hacıyev isə ən imkanlı icra başçısı sayıla bilməz. Hələ belə bir kənd rayonunun icra başçısının taladığı milyonlar böyük-böyük qutulara sığmırsa, bu pulların təkcə çəkisi bir neçə yüz kiloqramla ölçülürsə, görün digər iri, imkanlı rayonlıarın başçılarının, eləcə də iri ranqlı məmurların nələri var!!!


İCRA BAŞÇISININ ON MİLYONLARLA PULU ƏLƏ KEÇİRİLİB! - Dəhşət saçan görüntülər +FOTOLAR (Yenilənib)
İCRA BAŞÇISININ ON MİLYONLARLA PULU ƏLƏ KEÇİRİLİB! - Dəhşət saçan görüntülər +FOTOLAR (Yenilənib)
İCRA BAŞÇISININ ON MİLYONLARLA PULU ƏLƏ KEÇİRİLİB! - Dəhşət saçan görüntülər +FOTOLAR (Yenilənib)İCRA BAŞÇISININ ON MİLYONLARLA PULU ƏLƏ KEÇİRİLİB! - Dəhşət saçan görüntülər +FOTOLAR (Yenilənib)

BİA.azскачать dle 12.1