Bia.Az

Erməni diplomat: “Rusiya Azərbaycandan heç nə tələb edə bilməz”

Gündəm
 16-10-2023, 16:26     359

“2020-ci ildə baş verən hərbi əməliyyatlardan sonra Ermənistanda mövcud hakimiyyət addım-addım elə bir vəziyyət yaratdı ki, Rusiya prosesdən kənarda qaldı. Ermənistanın Qarabağı tərk etdiyi bir şəraitdə Rusiya Azərbaycandan heç nə tələb edə bilməz”.

Musavat.com xəbər verir ki, bu sözləri keçmiş erməni diplomat Vardan Akopyan deyib.

“Rusiya Qarabağdakı son hərbi tədbirlərin qarşısını almaq üçün əlindən gələni etdimi? Rusiya müəyyən razılaşmalar və sənədlər əsasında bacardığını etdi. Üçtərəfli saziş var, lakin Ermənistan Qarabağı Azərbaycanın bölünməz hissəsi kimi tanıyaraq, faktiki olaraq bu sazişlərdən çıxdı. Bu cür razılaşmalardan sonra üçüncü tərəf də (Rusiya - red.) faktiki olaraq bu müqavilələrdə artığa çevrildi. Beləliklə, Rusiya ilkin vəziyyətlərdə edə biləcəklərini etmək imkanından məhrum qaldı. Belə bir addımla Ermənistan öz əlləri ilə Rusiyanın üçtərəfli bəyanat çərçivəsində əlindəki əsasları və amilləri məhv etdi”, - deyə Akopyan bildirib.

“Nə deyilməsindən asılı olmayaraq, fakt budur ki, vəziyyət addım-addım Rusiya ilə münasibətlərin pisləşməsinə gətirib çıxarır. İndiki elita hələ hakimiyyətə gəlməmişdən əvvəl, etiraz mitinqlərində Rusiya bayraqlarının yandırılması ilə məşğul idi və bu, rəsmi Moskvaya meydan oxumaq sayılırdı. Sonra anti-rusçuluq kütləyə keçdi və indi bu, yavaş-yavaş rəsmi siyasət səviyyəsinə gətirilir. Görüşlərə və qəbullara baxmayaraq, Ermənistan hakimiyyətinin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq öhdəliyi götürdüyü və indi bu öhdəliyi mərhələ-mərhələ yerinə yetirdiyi açıq şəkildə görünür”, - deyə V.Akopyan qeyd edib.скачать dle 12.1