Bia.Az

Dugin: İrəvan Kremlə meydan oxudu, Bakı isə... - Video

Gündəm
 10-10-2023, 17:12     293

Hər hansı bir postsovet dövlətinin ərazi bütövlüyü yalnız Rusiya ilə müsbət və ya neytral münasibətlərlə təmin edilə bilər. Birbaşa düşmən tərəfinə keçmək cəhdi (Qərb düşməndir və bu, geosiyasət aksiomudur; buna şübhə edən hər kəs, görünür, cahil və ya xarici agentdir) qərar verən ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyur. Bu, hələ 90-cı illərdən başlayıb - Dnestryanı, “Dağlıq Qarabağ” (o vaxt Azərbaycanda AXC-nin rusofob qlobalist hökuməti var idi), Cənubi Osetiya və Abxaziya. Paşinyan dövründə Ermənistan Rusiyaya meydan oxudu, Bakı isə əksinə, məharətlə və dostcasına hərəkət etdi - nəticədə Qarabağ Azərbaycanın oldu. Əgər Qərb indi Cənubi Qafqazda ikinci cəbhə açmaq istəsə, xüsusən də Ukraynanın əks-hücumunun uğursuzluğu fonunda bunu etmək onlar üçün çox asan olacaq.

Axar.az xəbər verir ki, bunu rus təbliğatçısı və “Rus dünyası”nın ideoloqu Aleksandr Dugin deyib.

“Hələ də Rusiya ilə müttəfiq olan Ermənistana rəhbərlik edən Paşinyan tamamilə Qərbin nəzarəti altındadır. O, Qarabağı “təslim etdi” və erməniləri qorumaq üçün barmaqlarını belə qaldırmadı. Nikol ölkəni məhvə apardı və Qərb açıq şəkildə buna hazır idi və buna hər cür töhfə verdi. Paşinyanlar gəlib gedirlər, amma xalq qalır. Ermənistanın qanlı xaosa - Liviya, İraq, Suriya, Ukrayna yolu ilə getməsinə sakitcə baxmaq olarmı? Yuxulu ermənilərin belə bir hökmdarın Ermənistan üçün dağıdıcı olduğunu oturub gözləməsi səmərəsizdir. Yuxudan oyanmırlar, oyanmırlar, sadəcə bizim səfirlik önündə Sorosun hazırladığı şüarları səsləndirib, Rusiya pasportlarını yandırırlar. Bu, Qafqazda yanğının ehtimal olunan yeganə məqamıdır - ən bariz məqamdır”, - o bildirib.

Dugin qeyd edib ki, çoxları Azərbaycanın Qarabağ qələbəsində özünü tam tərəfdaş hesab edən Türkiyənin Cənubi Qafqazda Rusiyaya qarşı dost olmayan şəkildə daha fəal mövqe tutmağa başlayacağından ehtiyat edir:

“Çox vaxt bu qorxular şişirdilir, çünki Türkiyənin prioritetləri Şərqi Aralıq dənizində, keçmiş Osmanlı İmperiyası zonasında nüfuzunu gücləndirmək və saxlamaqdır. Və yalnız bundan sonra NATO və ABŞ-ın təzyiqi altında - Ankara Qafqaz və ya Avrasiyanın türk dünyası üçün planlar qurur. Türkiyə Rusiyanın birbaşa antaqonisti deyil, amma Cənubi Qafqaz alovlansa, o zaman hər kəs özü üçün olacaq. Nə olursa olsun, biz Cənubi Qafqazda çətin vəziyyətdəyik. Əslində Qərb ikinci cəbhə açmaq qərarına gəlsə, hər an onu partlada bilər. Və etməli olduğumuz tək şey reaksiya verməkdir”.
скачать dle 12.1