Bia.Az

Beyləqanda kimlər həbs olunmalıdir? - İDDİA

Gündəm / Cəmiyyət / Bölgə
 4-05-2020, 13:14     565

Beyləqanda kimlər həbs olunmalıdir? - İDDİA

Bir neçə gün əvvəl Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları Biləsuvar Rayon İcra Hakimiyyətində əməliyyat keçirərək icra başçısı Mahir Quliyevi, müavinləri Xanlar Məmmədovu, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elsevər Həsənovu, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovanı saxlayıb. Sonra isə icra başçısı Prezidentin sərancamı ilə vəzifəsindən azad edilərək, barəsində Səbail rayon Məhkəməsinin qərar ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Həbs olunan icra başçısı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Yerli mediada həbs olunan Biləsuvarın icra başçısı Mahir Quliyevin heç düz-əməlli ali savadının olmadığı, Bakıda hansısa "Naxçıvan” Universitetinin diplomunu aldığı barədə də informasiyalar trajlanır. Hətta "ofisiant” olmasına qədər.

Fikirimiz heç də Biləsuvar rayonunda baş verənlərə yenidən qayıtmaq, olanları təkirarlamaq niyətində deyil. Onsuzda olan oldu artıq. Bundan sonra nə yazsaq, nəqədər müzakirələr aparsaqda belə Mahir Quliyev üçün nəsə dəyişməyəcək.

5 ay ərzində həbs olunan 4 icra başçısının aqibətini görə-görə, nəticə çıxartmayan və bir çox qanunsuz əməllərini davam etdirən bir sıra çox başçılarımız hələ də var...

Biz də çalışırıq ki, həbs olunan icra başçılarının axır-aqibətini, nə qədər gec deyildir, həmin icra başçılarına bir daha xatırladaq ki, onların da sonu həbs olunan sələfləri kimi olmasın. vaxt var ikən, tövbə edib qanunsuz əməllərindən əl çəksinlər. Əlbəttə ki, özləri bunu istəyirlərsə...

Həbs olunan icra başçılarının aqibətini yaşamaq təhlükəsi yaşayan icra başçılarından biri də Beyləqan rayon icra hakimiyyəti başçısı Asif Ağayevin olduğu bildirilir.

Kainat.tv Reportyor.Tv–yə istinadən xəbər verir ki, bu günlərdə etibarlı mənbədən verilən məlumatlarda bildirilir ki, Beyləqan rayonunda özbaşınalıq, rüşvət və korrupsiya geniş vüsət alıb. Buna görə də növbəti əməliyyatın Beyləqan rayonunda baş verəcəyi ehtimal edilir. Mənbəmiz iddia edir ki, Beyləqan rayonunda məmur özbaşınalığı, korrupsiya və rüşvətəxorluq Ağstafa, Neftçala, Biləsuvar əməliyyatılarını kölgədə qoyacaq qədərdir. Hətta saxta diplomlu məmurlardan tutmuş, taa korrupsiya cinayətlərinə qədər!

Reportyor.Tv-yə Beyləqandan etibarlı mənbə tərəfindən verilən məlumatlarda qeyd olunur ki, Beyləqanın icra başçısı Asif Ağayev bir sıra saxta diplomlu şəxslər var ki, onları özü mühüm vəzifələrə təyin edib. Bildirilir ki, icra başçısı bu kimi saxta diplomlu məmurları məsul vəzifələrə təyin etməklə Beyləqanda idarəçilik sistemini tamamilə məhv edib. O da iddia edilir ki, bir müddət əvvəl icra başçısı peşəkar kadrları vəzifədən azad etsə də, hələ ki onların yerinə təyinat aparmayıb. Bir sözlə, Beyləqanda vəziyyət olduqca acınacaqlıdır. Görünən odur ki, icra başçısı son olaylardan nəticə çıxartmaq istəmir. Olsun!
Xatırlayırsınızsa, bir neçə gün öncəki Reportyor.Tv-də "BEYLƏQANDA SAXTA DİPLOMLU MƏMUR - Qəhraman Qəhramanovun qardaşı necə ərazi icra nümayəndəsi işləyir?” sərlövhəli yazı dərc olunmuşdu. (Link burda https://reportyor.tv/video/990-beyleqanda-saxta-dplomlu-memur-qehraman-qehramanovun-qardashi-nece-erazi-icra-numayendesi-ishleyir.html )

Həmin yazıda icra başçısının bu qanunsuzluğa nəinki göz yummasının, hətda ona rəvac verməsinin səbəblərini də qeyd edilib. Nədənsə, bu rayonla bağlı tənqidi məqalələr dərc edildikdən sonra vətəndaş şikayətlərinin ard-arası səngimir. Sanki, bu rayonun sakinləri icra başçısının və bəzi yerli məmurların əlindən imdad diləyirlər.

Ötən yazımızda məhz, elə biz də bu icra başçısına yaxınlığı ilə seçilən, iş adamı (əgər buna iş adamı demək mümkündürsə) Beyləqanda mal bazarının müdiri, eləcə də icra başçısının korrupsiya ortağı olan, (Prezidentin rayonun abadlığına ayırmış bir milyon manati dövlət vəsaitini mənimsəyiblər) hətta icra başçısına öz evini "peşkəş” edən Qəhraman Qəhramanovdan və onun Eyvazalılar kənd ərazi icra nümayəndəsinin müavini vəzifəsində işləyən saxta diplomlu qardaşı Şahin Qəhramanovdan yazmışdıq. Düşünürdük ki, bəlkə icra başçısı Qəhrəmanovların bu cür qanunsuz hərəkətlərinə qarşı tədbir görə, saxta diplomlu Şahin Qəhramanovu vəzifəsindən azad edə. Lakin görünən odur ki, icra başçısı Asif Ağayev heç də bu kimi qanunsuzluqlara qarşı çıxmaq niyətində deyil. Əksinə, onlara dəstək verməklə məşğuldur. Belə bir sual da yaranır ki, niyə də olmamalıdır ki?.. Axı icra başçısı Qəhraman Qəhramanovun evində qalır. Qəhramanov ondan heç kirayə haqqı belə almır. İcra başçısı necə də onların qanunsuz əməllərinə göz yummasın axı? Digər tərəfdən də Qəhramanovların mal bazarından əldə etdikləri pula da şərikdir. Şərik...şərik... şərik!

Bu üzdən də icra başçısı Asif Ağayev Qəhramanovlarla "şərikli çörək” qazandığından onlara söz keçirə bilmir. Qorxur ki, bir söz deyə, qolundan tutub evdən bayıra atalar. Fikirimizcə, cənab başçı evi dəyişsə yaxşıdır. Onsuzda reputasiyası laxlamış icra başçısı, tükdən aslı vəziyyətdədir. Belə olan halda Qəhramanovlara çox da bel bağlamasa yaxşıdır. Əgər sonunun həbsə düşməsini istəmirsə!!! Çünki, Qəhamanovlar üzdə ona dostdur, arxada düşmən! (Reportyor.Tv)

BIA.azскачать dle 12.1