Bia.Az

Lənkəranda partlayış oldu, ölən və xəsarət alan var - FOTO

Gündəm / Hadisə / Cəmiyyət / Fakt
 4-05-2020, 00:48     514

Lənkəranda partlayış oldu, ölən və xəsarət alan var - FOTO

Lənkəranda qaynaq işi zamanı baş verən partlayışda bir nəfər ölüb, daha bir nəfər ağır yanıq xəsarəti alıb.“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Liman şəhəri ərazisində baş verib.

Belə ki, Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsindəki avtomobil təkərlərinin təmiri sexində qaynaqçı işləyən Liman şəhəri, H.Aslanov küçəsi 163 a ünvanında yaşayan Anar Ağamusa oğlu Ağakişiyev TIR yük avtomaşınının təkərini təmir etmək istəyərkən ehtiyatsızlıq edib. Nəticədə güclü partlayış baş verib. Partlayışın zərbəsi A.Ağakişiyevi bir neçə metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerində keçinib.

A.Ağakişiyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

A.Ağakişiyevin yanında köməkçi qismində işləyən qonşusu, 1979-cu il təvəllüdlü Eldəniz Malik oğlu Şükürov isə hadisə zamanı ciddi xəsarətlər alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya travmatik şok və yanıq şoku diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Lənkəranda partlayış oldu, ölən və xəsarət alan var - FOTO
Lənkəranda partlayış oldu, ölən və xəsarət alan var - FOTO
скачать dle 12.1