Bia.Az

Elza Simonyan açıqlama verdi: “Mən erməniyəm, Azərbaycan vətəndaşı olmaq üçün...”

Gündəm
 27-09-2023, 10:16     288

Qarabağda yaşayan erməni müğənni Elza Simonyanın Azərbaycan vətəndaşlığını alacağı, Xankəndidə qalacağı iddia olunur. Hətta sarkazmla da olsa, bəziləri onun Bakıya gələcəyini, yerli şou-biznesə qatılacağını deyir. 

Məsələ ilə bağlı yenisabah.az-a danışan Elza Simonyan haqqında yayılan xəbərlərin yanlış olduğunu açıqlayıb. Gənc ifaçı Qarabağda yaşamadığını da bildirib:

"Haqqımda yayılanlar yalan məlumatdır. Mən erməniyəm və Ermənistan vətəndaşıyam, valideynlərim də ermənidir.

Mənim Azərbaycan vətəndaşlığı alacağım haqda deyilənlər yalan məlumatdır. Eyni zamanda mən hazırda Qarabağda yaşamıram".скачать dle 12.1