Bia.Az

Xankəndidə dəhşətli partlayış: yüzlərlə ölü iddiası - Video

Gündəm
 26-09-2023, 01:15     334

Xankəndi yaxınlığında, Xankəndi-Əsgəran yolunun üzərindəki yanacaq məntəqəsində benzin çəni partlayıb.

Axar.az xəbər verir ki, partlayış nəticəsində yaralananların sayının onlarla olduğu bildirilir.

“Hazırda ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumatımız yoxdur. Hazırda onlarla yaralı var - müxtəlif yanıqlarla”, - hadisə yerində çalışan tibb işçiləri bildirib.

Qarabağın keçmiş qondarma qurumunun keçmiş “ombudsmanı” olduğunu bildirən Geqam Stepanyan partlayış nəticəsində yüzlərlə ölənin (? – red.) olduğunu iddia edib:

“Ölən və yaralananların dəqiq sayını müəyyən etmək mümkün deyil”.

O vurğulayıb ki, insanların həyatını xilas etmək üçün hava təxliyəsinə ehtiyac var.

Qeyd edək ki, partlayışın videosundan "yüzlərlə ölənin olduğu" təəssüratı qətiyyən yaranmır.

***
Geqam Stepanyan yaralananların sayının 200-ü keçdiyini bildirib.скачать dle 12.1