Bia.Az

KİV: Afrika Millətlər Kuboku təxirə salınacaq

Gündəm
 30-04-2020, 15:50     367

KİV: Afrika Millətlər Kuboku təxirə salınacaq2021-ci ildə Kamerunda keçirilməsi planlaşdırılan futbol üzrə Afrika Millətlər Kuboku təxirə salınacaq.

"bia.az" xəbər verir ki, bu barədə “BeIN Sports”un jurnalisti Məhəmməd Nejari "Twitter"də yazıb.

O bildirib ki, turnir 2022-ci ildə olacaq.

Qeyd edək ki, turnir ənənəvi olaraq yanvar-fevral aylarında iki ildən bir keçirilir. Lakin ötən il Misirdə təşkil olunan yarış yayda baş tutub. 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi finalda Seneqalı 1:0 hesabı ilə məğlub edən Əlcəzair millisi olub.скачать dle 12.1