Bia.Az

Aygün Bəylər erməni müğənni ilə yayılan kadrlarından danışdı - Video

Gündəm
 30-04-2020, 14:52     383

Aygün Bəylər erməni müğənni ilə yayılan kadrlarından danışdı - Video
Bu günlərdə sosial şəbəkədə Əməkdar artist Aygün Bəylərin erməni müğənni İlona Nersesova ilə məclislərin birində “Tut ağacı” mahnısını ifa etməsi qalmaqala səbəb olub.

bia.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər” TV-də yayımlanan “Səni axtarıram” verilişində açıqlama verib.

A.Bəylər bildirib ki, İlonanın erməni əsilli olmasından xəbərdar deyilmiş:

“Haqqımda narahatedici söhbətlər gəzir. Deyirlər ki, erməni müğənni ilə mahnı oxumuşam. Ola bilər ki, hansısa məclisdə 15-20 il bundan öncə Moskvada bir araya gəlmişik. Hər dəfə Moskvada xeyir işdə olanda orada müğənnilər çox olur. Biz bilmirik ki, kim kimdir. Yalnız adını soruşanda xəbərdar oluruq. Mənə elə gəlir ki, o qız da heç erməni əsilli deyil. Mənimlə Azərbaycan dilində danışdı. Dedi ki, “Tut ağacı”nı o qədər çox istəyirəm ki... Bakıda yaşayan bir insan olub. Bu hadisəni səhv kimi qəbul etmirəm. Səhnəyə çıxan heç kimdən vəsiqə istəmirik. Bildiyimə görə, bu qız İsraildə yaşayır. Bu, 18-19 il bundan öncə baş verən hadisədir. Çox xahiş edirəm ki, belə şey etməsinlər. Musiqiçiyə təb vermək, sevmək lazımdır. Mən hamını sevirəm”.
скачать dle 12.1