Bia.Az

Bakı ilə razılaşacaqdınızsa, bizi niyə qırırdınız? - Lalayan

Gündəm
 22-09-2023, 13:14     324

Erməni jurnalist Bella Lalayan növbəti dəfə Xankəndidəki mövcud vəziyyətə görə qanunsuz xuntanı günahlandırıb.

Axar.az xəbər verir ki, o, müvafiq postu Feysbuk səhifəsində yayıb.

“Ey əclaflar, millət satqınları! Əgər gedib bu təkliflərlə (Azərbaycanın mərkəzi hakimiyyətinin təkliflərini nəzərdə tutur - red.) razılaşacaqdınızsa, niyə bu qədər insanın həyatını məhv etdiniz? Niyə yenə də bu qədər qurban verdiniz? Niyə bu insanları 10 ay blokadada saxladınız? Ac saxladınız? İnsanları niyə zirzəmilərə göndərirdiniz ki, qeyri-insani şəraitdə yaşasınlar? Niyə? Ay Qarabağ cəlladları!” - o bildirib.скачать dle 12.1