Bia.Az

ABŞ ”Qarabağ xalqı”na qarşı buna dözməyəcək? Nə edəcək?

Gündəm
 16-09-2023, 01:11     447

ABŞ Dövlət katibinin müavini Yuri Kim Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı ermənipərəst senator Bob Menendezin suallarını - daha doğrusu, Azərbaycanla bağlı ittihamlarını cavablandırarkən bildirib ki, biz “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik, bu çox aydındır.

Birincisi, “Qarabağ xalqı” yoxdur, Qarabağda erməni əhalisi var: Yuri Kimin fikirlərini ABŞ-ın Cənubi Qafqaz siyasətində son günlər antirusiya mövqeyini gücləndirən Ermənistana ağırlıq verməsindən irəli gələn mövqe hesab etmək olar;

İkincisi, Azərbaycan Qarabağdakı erməni əhalisinə yox, separatçılara və qanunsuz silahlı dəstələrə qarşı əməliyyat keçirə bilər: bu, artıq qaçılmaz prosesdir və olmayacağı müddətdə problem həllini tapmayacaq, o baxımdan, alternativ yol qalmayıb;

Üçüncüsü, “dözməyib, nə edə biləcəkləri” maraqlıdır: Azərbaycana qarşı bəyanat verməkdən başqa heç nə etməyəcəklər, çünki Vaşinqton İrəvana rəğmən, Ankara faktorunu və Bakı ilə münasibətləri kənara qoymayacaq;

Azərbaycan separatçılara qarşı əməliyyat başlasa, Vaşinqton, eləcə də digər mərkəzlər eyni tipli bəyanatlar, açıqlamalar verəcək, lakin praktiki müstəvidə nəticəyə təsir edə biləcək addım atacaqları gözləntisi azdır.скачать dle 12.1