Bia.Az

Türk Ocaqlarından Bakıya qarşı olan şəbəkəyə reaksiya

Gündəm
 19-08-2023, 22:06     346

Türklərin məruz qaldığı hücumlar, qətliamlar və insan hüququ pozuntuları məsələsində heç səsi çıxmayan, özlərini “еürkiyəli bir qrup yazar, siyasətçi və hüquq müdafiəçisi” kimi təqdim edən bəzi şəxslər illərlə Ermənistanın işğalı altında olan Qarabağın azad edilməsindən duyduqları narahatlığa görə Türkiyə və Azərbaycana qarşı beynəlxalq ictimaiyyətə çağırış ediblər.

Axar.az xəbər verir ki, bu sözlər Türk Ocaqlarının Türkiyədə bir qrup “ziyalı”nın Qarabağdakı “blokada” barədə dünyaya çağırışını pisləyən bəyanatında qeyd olunub.

Təşkilat bu addımı atanları xəyanət şəbəkəsi adlandırıb:

“Xocalıda vəhşi şəkildə qətlə yetirilən soydaşlarımız üçün kədərini dilə gətirməyən, o soyqırımı edən Ermənistan ordusunu əsla qınamayan bu utanmazlar Qarabağdakı ermənilərə qarşı “soyqırım” ehtimalını da gündəmə gətirən “blokada”dan dəm vururlar. Türk Ocaqları olaraq bu xəyanət şəbəkəsini şiddətlə qınayır, Türkiyənin qardaş Azərbaycan dövləti ilə həmrəyliyini daha da gücləndirməsinin bu qaragüruha veriləcək ən yaxşı cavab olduğunu türk millətinə ehtiramla bildiririk”.скачать dle 12.1