Bia.Az

Nikol şantaj edir: Bakıdan cavab gözləyirik

Gündəm
 27-07-2023, 14:07     294

Ermənistan 19 yük maşını həcmində “humanitar yardım”ı “Laçın” sərhəd-buraxılış məntəqəsinin önünə göndərdikdən sonra anlayıb ki, Azərbaycanla razılıq əldə etmək lazım idi.

Axar.az xəbər verir ki, Qarabağdakı “humanitar böhranın idarə olunması üzrə işçi qrupu”nun nümayəndəsi Vardan Sərkisyan mediaya açıqlamasında “yüklərin” keçməsi üçün Azərbaycana və Rusiya sülhməramlılarına müraciət edildiyini bildirib.

“Müvafiq kanallar vasitəsilə Azərbaycan tərəfinə və Rusiya sülhməramlılarına müraciət etmişik, lakin hələlik cavab almamışıq. Proses müəyyən anlayış, səbirli yanaşma və müəyyən addımlar ardıcıllığı tələb edir. Hazırda heç bir cavab almamışıq, gözləyirik”, - o vurğulayıb.

Ermənistan Baş naziri Nikol Paşinyan isə hökumətin iclasında qeyd edib ki, Rusiya sülhməramlılarının və Bakının müsbət reaksiyasını gözləyir.
Bununla belə, o, yüklərin göndərilməsində məqsədin əslində Azərbaycanı şantaj etmək olduğunu da bu sözlərlə təsdiqləyib:


“Humanitar yüklərin ölkəyə buraxılmaması Bakının Dağlıq Qarabağda soyqırım törətmək niyyəti ilə bağlı qorxuları təsdiq edəcək. Əksinə, Laçın dəhlizinin girişində gözləyən humanitar yüklərin Dağlıq Qarabağa buraxılması regionda sülhün bərqərar olması səylərinə töhfə verəcək, etimad mühitinin yaradılması yolunda müsbət addım olacaq”.скачать dle 12.1