Bia.Az

Sülh müqaviləsi ilə bağlı SENSASİON AÇIQLAMA: Bu ilin sonuna qədər...

Gündəm
 25-07-2023, 19:30     394

“Vaşinqtondan sonra Brüsseldə keçiriləcək görüşlər öncəsi törədilən təxribatlar Qərbdəki görüş formatının gözdən salınmasına hesablanıb. Hesab edirəm ki, artıq Avropa İttifaqı Şurası hər görüşdən əvvəl Ermənistanın bu cür ərköyünlük etməsinə, bu tip təxribatlar törətməsinə daha sərt reaksiya verməlidir. Amma Qərbin Ermənistana sərt davranmamağı problemin daha da qəlizləşməsinə səbəb olur”.

T.İsmayılov əmindir ki, danışıqlar prosesində təsir rıçağı kimi istifadə etmək üçün Ermənistanın əlində heç bir güc qalmayıb:

“Ermənistan hansısa bir formada vəziyyətin dəyişəcəyini dərk etmir. Ona görə də istəyir ki, bölgədə guya gərginliyin qaldığı barədə bir görüntü yaratsın. Ermənistanın əsas məqsədi Cənubi Qafqazda sülh və etimad mühitinin guya olmayacağı ilə bağlı bir mənzərə formalaşdırmaqdır. Bu mənzərəni formalaşdırmaq üçün bütün iyrənc təxribat üsullarından istifadə edir. Ona görə hesab edirəm ki, bu prosesdə Ermənistanın təxribatlarının qarşısını mütləq şəkildə almaq lazımdır. Burada tərəflərin üzərinə çox böyük yük düşür. Həm Moskva, həm Vaşinqton, həm də rəsmi Brüssel Ermənistanın hər dəfə bölgədə gərginlik yaradan bu hərəkətlərinin yalnız Azərbaycana qarşı deyil, regionda formalaşacaq qlobal kommunikasiya layihələrinə qarşı olduğunu başa düşməli, bu prosesdə Ermənistanı əngəlləmək üçün bütün vasitələrdən istifadə etməlidir”.

Politoloq onu da bildirib ki, ilin sonuna qədər Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamalıdır:

“Əgər bu proses baş verməsə, artıq Azərbaycan məcbur olub hərbi əməliyyatlarla həm Kərkini, həm də Qazaxın kəndlərini işğaldan azad edəcək. Eyni zamanda Azərbaycan əsgərinə qarşı Ermənistanın növbəti dəfə silah tuşlamaması üçün delimitasiya olunmamış şərti sərhədlərdə mövqelərini irəlilədə bilər. Hərhalda seçim Ermənistandan asılıdır: ya normal şəkildə sülhə razılaşacaq, ya da prosesin gərginləşməsinə səbəb olacaq”.//Musavat.comскачать dle 12.1