Bia.Az

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Gündəm
 25-04-2020, 17:30     271

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayı münasibəti ilə xalqımızı təbrik edib.

bia.az xəbər verir ki, o, bununla bağlı rəsmi “Instagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Ən xoş və saf hisslərlə aşılanan, xeyirxahlıq, mərhəmət və şəfqətin təntənəsini təcəssüm etdirən mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! İnanıram ki, bu müqəddəs ayda bütün dua və diləklərimiz qəbul olunacaq və Allah öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir. Hər birinizə möhkəm cansağlığı arzulayıram! Allah orucunuzu qəbul etsin!”скачать dle 12.1