Bia.Az

Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub

Gündəm
 25-04-2020, 17:11     350

Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub


Gəncədə tənha yaşayan ahıl şəxslərə və aztəminatlı ailələrə yardımlar davam edir. Yardım
aksiyası Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi karantin rejiminə
uyğun olaraq həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata
keçirilən aksiyaya Gənclər və İdman Baş İdarəsi də qoşulub. Belə ki, idarə tərəfindən
veteran idmançılar və yaşayış gəlirləri aşağı olan ailələrə sovqat paylanılıb.
Yardımların paylanılmasında Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və
əməkdaşları yaxından iştirak ediblər. Bağlamaların çatdırıldığı ünvanlarda sakinlərlə
maairfləndirici söhbətlər aparılıb, koronavirus infeksiyasının səbəb olduğu bu çətin
günlərdə insanların biri-birinə dəstək olmalarının vacibliyi vurğulanıb. Xüsusi ilə Ramazan
ayında ehtiyac sahiblərinin ziyarət edilməsi, yardımlaşmağın və digər xeyirxah əməllərin
icrasının önəmindən söz açılıb.
Yardım alan sakinlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz
minnətdarlıqlarını bildiriblər.

bia.az

Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
Gənclər və İdman Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulub
скачать dle 12.1