Bia.Az

Rusların Xocalıda həyasızlığı: XİN nota verməlidir

Gündəm
 15-07-2023, 15:05     288

Xəbər verdiyimiz kimi, ötən gün Xankəndidəki erməni separatçı tör-töküntüləri Azərbaycana qarşı qanunsuz aksiyaya başlayıblar. Separatçılar Xankəndinin mərkəzindən Xocalı aeroportuna – rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə də yürüş ediblər.

Axar.az xəbər verir ki, Xocalı aeroportu önündən yayılan aksiya kadrlarında xüsusilə diqqət çəkən orada asılan “bayraqlar”dır. Belə ki, təqdim etdiyimiz foto və videodan ərazidə Rusiya bayrağı ilə yanaşı Ermənistanın bayrağı və Qarabağdakı separatçıların əski parçasının da asıldığı görünür.

Azərbaycanın ərazi bütövlüyünü bütün dünya, o cümlədən Rusiya tanıyır, rus sülhməramlıları da Azərbaycan ərazisindədir. Azərbaycanın ərazi bütövlüyünü nəinki Qarabağ, hətta anklavlarla birgə tanıdığını Ermənistan Baş naziri Nikol Paşinyan da bəyan edib. Bu halda Rusiya sülhməramlı kontingenti hansı haqq-hüquq, hansı əxlaq, hansı düşüncə ilə öz bayrağının yanında Ermənistanın bayrağını qaldırıb?
Rusiya sülhməramlılarının həyasızlığı bununla da bitmir, hələ separatçı-terrorçuların əski parçasını da özlərinə layiq bilirlər, öz bayraqlarının yanında asırlar.

Qeyd edək ki, bu mənzərə sosial şəbəkələrdə də ciddi etirazla qarşılanıb. Belə ki, sosial şəbəkə istifadəçiləri Azərbaycan XİN-in Rusiya səfirliyini çağıraraq, ona nota təqdim etməsinin, bu məsələyə dövlətimizin kəskin reaksiyasının vacibliyini bildirirlər.

Bu, eyni zamanda, Rusiya sülhməramlı kontingentinin mahiyyətini açan bir detaldır və buna görə də rus sülhməramlıların vaxtından tez ölkəmizi tərk etməsi üçün petisiya da başladıla bilər.скачать dle 12.1