Bia.Az

Mayk Tayson rinqə qayıtmaq niyyətindədir

Gündəm
 25-04-2020, 11:15     262

Mayk Tayson rinqə qayıtmaq niyyətindədirPeşəkar boks üzrə ağır çəkidə keçmiş dünya çempionu Mayk Tayson dörd raund təkbətək xeyriyyə döyüşlərində iştirak etmək üçün rinqə qayıtmağı planlaşdırır.

“bia.az”in məlumatına görə, bu barədə amerikalı idmançının özü rep ifaçısı T.İ. ilə söhbət zamanı açıqlama verib.

"Mən bütün son həftəni yumruqlarım üzərində işlədim. Bu, ağırdır, bədənim zədəlidir və çox ağrıyır. Məşq edir, rinqə çıxmağa çalışıram. Düşünürəm ki, bir neçə nümunəvi döyüş keçirəcək və forma yığacağam”, - deyə Tayson bildirib.

Sabiq idmançı evsiz və narkotikdən asılı insanlara kömək üçün pul toplamaq istədiyini də vurğulayıb.

Qeyd edək ki, Mayk Tayson peşəkar boksdan 2005-ci ildə irlandiyalı Kevin Makbrayda uduzduqdan sonra gedib. O, karyerası ərzində 50 qələbə (44-ü nokautla) qazanıb və 6 dəfə uduzub.скачать dle 12.1