Bia.Az

“Bakı mane oldu, Moskvaya imkan vermədi ki...” – Ovannisyan

Gündəm
 26-05-2023, 02:31     365

Ermənistan müdafiə naziri Suren Papikyan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak üçün Minskə getməyib. Onu yerinə Ermənistan Müdafiə Nazirliyinin təşkilatın Baş Qərargahındakı nümayəndəsi Artak Tonoyan Belarusun paytaxtına yollanıb.

Teleqraf.com xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Artur Ovannisyan məsələyə aydınlıq gətirib.
“Suren Papikyanın Minsk sessiyasında iştirak etməməsinin Ermənistan-KTMT münasibətlərinə heç bir aidiyyəti yoxdur, təfərrüatlarını bilmirəm. Əminəm ki, heç bir siyasi səbəbi yoxdur, məncə, bu, müxtəlif texniki məsələlərlə əlaqəlidir. Bu, KTMT-yə münasibət deyil. KTMT-dən çıxmaq prosesi yoxdur”, - deputat deyib.

Eyni zamanda, Ovannistan qeyd edib ki, ABŞ regionda sülhün bərqərar olmasında kifayət qədər maraqlıdır:
“Biz tərəfdaşlarımızla çox intensiv əməkdaşlıq edirik. Ermənistan tarixində heç vaxt ABŞ-la belə intensiv əməkdaşlıq olmayıb. Bu mənada tərəfdaş dövlətlərdən hər hansı birinin dəstəyini qəbul edirik. Ermənistan hər şeyi edir ki, sülh müqaviləsini ən qısa vaxtda imzalaya bilək. Əslində tezliklə anlayışı şərtidir.

Rusiya tərəfindən Qarabağ məsələsinin həllini gələcəyə buraxmaq təklifi vardı. Bununla razılaşdıq, amma Rusiya öz iddiasını yerinə yetirə bilmədi”.

Ovannisyan Azərbaycanın buna mane olduğunu söyləyib.

Suren Papikyana gəlincə, onun KTMT-nin iclasına qatılmaması müzakirə mövzusuna çevrilib. Baş nazir Nikol Paşinyanın sözügedən qurumdan çıxa biləcəkləri mesajından sonra bu addımın atılması təsadüfi sayılmır.

Rəsmi İrəvanın KTMT ilə bağlı mövqeyinə Rusiya Xarici İşlər Nazirliyindən sərt reaksiya verilib.скачать dle 12.1