Bia.Az

8 kəndin qayıtması... – İran əl-ayağa düşdü

Gündəm
 23-05-2023, 15:21     298

İranın Milli Təhlükəsizlik Şurasının yeni katibi Ermənistanın 8 kəndi Azərbaycana verməsi xəbərini dəqiqləşdirməlidir.

Axar.az xəbər verir ki, bunu ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Movəhhedian Tvitter paylaşımında yazıb.

“İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibinin ilk prioritetlərindən biri İranın Ermənistan və Gürcüstana tranzit marşrutu üzərindəki 8 kəndin Bakıya verilməsi xəbərinin həqiqiliyini araşdırmaq olmalıdır. Bununla İran-Ermənistan sərhədi praktiki olaraq kəsilir. Türk dünyası, NATO və sionistlərin planlaşdırdığı blokada Orta Dəhlizin açılmasını hərbi qarşıdurmasız mümkün edəcək.

Sonra isə Ermənistanın cənubu zorla, yaxud yeni sülhə məcburetmə yolu ilə işğal olunacaq ki, Bakının Sünikdəki (Zəngəzur) dəhliz üzərindən Naxçıvana və Türkiyəyə çıxışı təmin edilsin. 30 ildir ki, bu yola çıxışı olan İran isə marşrutdan kənarlaşdırılacaq. NATO, sionistlər və Türkiyə İrana olan bu ehtiyacı aradan qaldıraraq, mühasirəmizi tamamlamaqla İranın şimal-qərbində müharibə və parçalanma həyata keçirməyə can atırlar!” - o qeyd edib.

Xatırladaq ki, Əli Əkbər Əhmədian İranın Ali Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub.


Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana aid olan Qazaxın 7 və naxçıvanın 1 kəndinin “Azərbaycanda olan anklavlarla” dəyişdirilməsi mümkünlüyünü dilə gətirib.скачать dle 12.1