Bia.Az

"Qarabağ bizim deyil ki, onu təslim edək" - Ter-Petrosyanın sabiq baş müşaviri

Gündəm
 12-05-2023, 17:49     308

Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın baş müşaviri olmuş Jirayr Liparityan İrəvanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı tələblərini qəbul etməsə, yeni müharibənin başlaya biləcəyini açıqlayıb.

APA xəbər verir ki, o, Ermənistan İctimai Televiziyanın efirində Bakının İrəvandan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanınması tələbini şərh edib.

“Bizim buna müqavimət göstərmək imkanımız varmı? Nə üçün əldə edə bilməyəcəyimiz bir şeyi tələb edirik?” - Liparityan qeyd edib.

O vurğulayıb ki, Bakının tələbləri zaman keçdikcə və erməni tərəfinin hərəkətləri ilə bağlı dəyişib.

Liparityanın sözlərinə görə, 5 il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin tələbləri fərqli olub və müharibə nəticəsində Bakının mövqeyi daha da sərtləşib: “Əgər biz 2020-ci ilin yayında o vaxt masada olan plana razılaşsaydıq, daha az itirərdik”.

Sabiq baş müşavirin fikrincə, Ermənistan rəhbərliyi yeni razılaşma zamanı çox şey itirəcəyi məntiqini rəhbər tutarsa, yeni müharibə nəticəsində imzalaya biləcəyi sənəddən daha çoxunu itirəcək. “Əgər biz sənədi imzalasaq, başqa heç nəyin baş verməmək ehtimalı ən azı 20 faiz olacaq. Bizim bu şansı itirməyə və 100% yeni müharibəyə doğru irəliləmək haqqımız yoxdur”, - Liparityan bildirib.
O əlavə edib ki, əgər İrəvan və Bakı sülh müqaviləsi imzalayacaqsa, o zaman Azərbaycan üçün bu sənədə qarşı mümkün hərəkətlər nəinki sərfəli, həm də zərərli olacaq. O diqqətə çatdırıb ki, Bakının tələbləri yerinə yetirilməsə, Azərbaycan müharibəyə əl atmalı olacaq. Qarabağın Azərbaycana verilməsini təşviq etdiyi üçün ona qarşı tənqidləri şərh edən Liparityan bildirib: “Qarabağ bizim deyil ki, onu təslim edək. Biz artıq Qarabağı itirmişik. Müharibə nəticəsində biz Qarabağ məsələsi ilə bağlı nəsə demək imkanını itirdik”.

Qeyd edək ki, Levon Ter-Petrosyanın prezidentliyi dövründə Jirayr Liparityan Ermənistan prezidentinin siyasi təhlil üzrə müşaviri, Ermənistan xarici işlər nazirinin birinci müavini, Ermənistan prezidentinin baş müşaviri, Təhlükəsizlik Şurasının katibi, səfir vəzifələrində çalışıb. Jirayr Liparityan Qarabağ danışıqlarında iştirak edib.скачать dle 12.1