Bia.Az

Kişinyovda "4-lü görüş"də nəticə ola bilərmi?

Gündəm
 9-05-2023, 13:41     289

Vaşinqton estafeti Brüsselə verib, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Birliyinin rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə bu həftənin sonunda Belçika paytaxtında görüşəcək. Əslində bu görüş ötən ilin dekabrında olmalı idi, Fransa Prezidenti Emmanuel Makron işi pozdu. Makron görüşə qatılmaq istədi. Azərbaycan prezidenti Makronun ermənipərəst açıqlamalarına görə dördlü görüşdən imtina etdi.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İlham Əliyev və Nikol Paşinyan Brüsseldən sonra Avropa Siyasi Birliyinin toplantısı çərçivəsində iyunun 1-də Kişinyovda görüşəcəklər:

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın erməni mediasına verdiyi açıqlamaya görə, Kişinyovdakı görüşə Emmanel Makron və Almaniya kansleri Olaf Şolts da qatılacaqlar. Rəsmi Bakı bu xəbəri hələ təsdiq etməyib. Əgər xəbər doğrudursa, Almaniya kanslerinin görüşə qatılması rəsmi Bakının təklifinə oxşayır. Fransa prezidenti israrla görüşdə iştirak etmək istəyirsə və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel buna etiraz edə bilmirsə, məsələlərə nisbətən neytral mövqedən yanaşan Almaniyanın qatılması alternativ variantlardan biridir. Əlbəttə, Azərbaycanın Avropada Polşa və Macarıstan kimi strateji tərəfdaşları var, bu ölkələrdən birinin liderinin Makronla yanaşı oturması bizim üçün daha faydalı olardı. Ancaq Almaniya AB-nin lokomotivlərindən biridir və masada Makron varsa, yanında Olaf Şolts oturmalıdır. Ancaq beşli – İlham Əliyev, Nikol Paşinyan, Şarl Mişel, Emmanuel Makron və Olaf Şolts formatında keçiriləcək görüşdən nəticə gözləməyə dəyməz. Ən yaxşısı tərəflər arasında birbaşa dialoqdur ki, Nikol Paşinyan da bundan yayınır”.скачать dle 12.1