Bia.Az

Azərbaycan üçün 170 milyon avro planlaşdırılır ÖZƏL - AÇQILAMA

Gündəm
 20-04-2020, 16:09     351

Azərbaycan üçün 170 milyon avro planlaşdırılır ÖZƏL - AÇQILAMA"Pandemiya səbəbindən dövlət büdcəsində nəzərdə tutulmuş istər beynəlxalq təşkilatlara, istərsə də infrastruktur layihələrə olan bir çox xərclər karantin rejiminə uyğun olaraq həyata keçirilməyib. Deməli, bu vəsait istifadə olunmayıb". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü deputat Məzahir Əfəndiyev prioritet təşkil etməyən xərclərin ixtisar olunması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, I rübün yekunlarına dair müşavirə bir daha onu ortaya qoydu ki, Azərbaycanın dövlət büdcəsində olan imkanları kifayət qədərdir, əlavə resurslar var və müzakirə edildikcə, məsələlər təhlil olunduqca əlavə mənbələr də üzə çıxmaqdadır: "Bir məqam da xüsusi vurğulanmalıdır ki, pandemiya ilə əlaqədar neftin dünya bazarında qiymətinin düşməsi və büdcənin müəyyən qədər də neftdən asılılığının mövcudluğu büdcədə nəzərdə tutulmuş 2020-ci ilin xərclərinə mütləq qaydada yenidən baxılmasına əsas yaradır. Pandemiya səbəbindən dövlət büdcəsində nəzərdə tutulmuş istər beynəlxalq təşkilatlara, istərsə də infrostruktur layihələrə olan bir çox xərclər karantin rejiminə uyğun olaraq həyata keçirilməmişdir. Deməli, bu vəsait ortada qalmaqdadır. Bu vəsaitin düzgün istiqamətlənməsi üçün çox güman ki, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində xərclənilə bilər. Eyni zamanda, Azərbaycanda bu pandemiya başlayandan dövlət büdcəsindən Prezident İlham Əliyev tərəfindən 1 milyard vəsait ayrılmışdı, lakin, sonradan İqtisadiyyat Nazirliyi pandemiya ilə bağlı təklifləri səsləndirəndə həmin paketlərdə 2,5 milyard vəsait nəzərdə tutulmuşdu. Lakin, indi biz görürük ki, artıq dövlət büdcəsindən ayrılmış vəsaitin miqdarı 3 milyard manatı keçməkdədir".

Ölkə Prezidentinin əlavə olaraq hökumətə tapşırıq verməsini, çox güman ki, bilavasitə dövlət büdcəsində mövcud olan əlavə mənbələrlə bağlayan Məzahir Əfəndiyev vurğulayıb ki, həmin mənbələr vaxtilə 2019-cu ildə 2020-ci ilin büdcəsi üçün nəzərdə tutulmuş infrosturuktur layihələri və eyni zamanda, beynəlxalq tədbirlərin təşkil olunmasını nəzərdə tutmuş layihələr ola bilər: "Bu rüblükdə və qarşıdan gələn may, iyun ayına qədər təxirə salınmış tədbirlər var, şübhəsiz ki, onlara yenidən baxılması və zəruri olduqda sosial layihələrə istiqamətləndirilə bilər. Eyni zamanda Azərbaycan baxmayaraq ki, beynəlxalq təşkilatlara pandemiya ilə əlaqədar müraciət etməyib, lakin, beynəlxalq təşkilatların da Azərbaycan ilə əməkdaşlıqda bir çox resursları var. Məsələn, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi təşkilatlar uzun müddətdir ki, Azərbaycanla əməkdaşlıq edir. Azərbaycan 2019-cu ilin sonunda, dekabr ayında İngiltərədə Baş nazir Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısında Azərbaycanın iştirakını donor kimi 2 milyon ABŞ dolları nəzərdə tutan sənəd imzalayıb. Bu sənəd həmin təşkilatın digər resurslarından istifadə edilə biləcəyini də nəzərdə tutur. Bununla da Azərbaycan əlavə vəsaitlərlə çıxış imkanları əldə etdi. Bu imkanlardan da istifadə etmək lazımdır. Eyni zamanda Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Avropa İttifaqı pandemiya ilə bağlı 700 milyon avro civarında vəsait planlaşdırır. Azərbaycan da həmin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində 6 ölkədən biridir və Azərbaycan üçün 170 milyon avro planlaşdırılır. Lakin, bu da artırıla bilər".

Millət vəkili qeyd edib ki, bu gün ölkə Prezidentinin tapşırığı ilə öncə hökumət dövlət büdcəsində mövcud imkanları bir daha nəzərdən keçirməli və digər tərəfdən də əməkdaşlığımız çərçivəsində, istər ikitərəfli, istərsə də çoxtərəfli beynəlxalq təşkilatlarla əməkdaşlıqda mövcud olan imkanları da nəzərdən keçirməlidir: "Burada həm davamlı inkişaf məqsədlərinə dair 17-ci məqsədin həyata keçirilməsi, yəni, dövlətlər biri-birinə kömək edə bilər, digər tərəfdən də şübhəsiz ki, Azərbaycanın pandemiya ilə mübarizədə özünəməxsus xüsusi modeli var və bu kifayət qədər sanballı modeldir. Azərbaycanda pandemiya ilə mübarizə modeli artıq beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur. Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı Prezidentə minnətdarlıq məktubu da göndərib. Düşünürəm ki, post-pandemiyadan sonra bu idarəçilik də təhlil olunmalıdır, daha da öyrənilməlidir. Artıq bu kimi hallarda gələcəkdə də model idarəetmə modeli kimi tətbiq oluna bilər".скачать dle 12.1