Bia.Az

Gözlər Vaşinqtonda - “Onlar bizə açıq şəkildə təzyiq göstərmir, lakin...” - ŞOK AÇIQLAMA

Gündəm
 30-04-2023, 15:10     264

Xəbər verdiyimiz kimi, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Məlumatlara əsasən, Ermənistana ciddi xəbərdarlıq edilib. Mayın sonuna qədər sülh müqaviləsinin imzalanması məsələsi gündəmdədir.

Vaşinqton görüşündən gözləntilər nələrdir?

Mövzuya münasibət bildirən politoloq Fikrət Sadıxov Musavat.com-a açıqlamasında bildirib ki, post-münaqişə dövründə Qarabağ məsələsi, Ermənistan-Azərbaycan münasibətləri və sülh sazişinin imzalanması bir sıra aparıcı qüvvələr arasında ciddi müzakirə predmetinə çevrilib.

fikret.jpg (101 KB)
Politoloq əlavə edib ki, müəyyən qarşıdurma da müşahidə olunur:
“Hər bir aparıcı qüvvə, o cümlədən ABŞ, Fransa, Rusiya burada öz mövcudluğunu təsdiq etmək istəyir və bununla bağlı öz mübarizəsini aparır. ABŞ digər qüvvələrlə müqayisədə daha sağlam mövqedədir. Onlar bizə açıq şəkildə təzyiq göstərmirlər. Sadəcə olaraq bizi stol arxasında əyləşdirmək fikrindədirlər. Hər iki tərəfin mövqeyini, maraqlarını nəzərə alıb ortaq nəticəyə gəlmək fikrindədirlər. Hər halda buna himayədarlıq etmək istəyirlər. Burada əsas məsələ Qarabağda yaşayan ermənilərdir. Hər 3 qütb hesab edir ki, Qarabağda yaşayan etnik ermənilərin hüquqları ciddi şəkildə müdafiə olunmalıdır. Sanki Azərbaycan hansısa bir etnik qrupun hüquqlarına təzyiq göstərir.
Düşünürəm ki, Vaşinqtonda bir sıra ciddi məsələlər müzakirə olunacaq. Ancaq mən hesab etmirəm ki, xeyli müddət ərzində aparılan danışıqların nəticəsi birmənalı şəkildə müsbət olsun. Hər halda bizim mövqeyimiz konkret və prinsipialdır. Ermənistan isə çabalayan bir mövqedədir. Biz görürük ki, onlar bəzi hallarda mövqelərini dəyişirlər, həm Qarabağda yaşayan etnik ermənilərlə, həm də sazişin imzalanması ilə bağlı verdikləri bəyanatlarla vəziyyəti mürəkkəbləşdirmək istəyirlər. Vaşinqtonda aparılacaq danışıqlardan ciddi və yekun bir nəticə gözləmirəm. Amma hər halda mövqelər yenidən səsləndiriləcək, saziş ətrafında ciddi müzakirələr gedəcək. Bu da sülh sazişinin imzalanmasına yol aça bilər”.скачать dle 12.1