Bia.Az

Kiyevə getməkdən qorxan səfir Birinci Qarabağ müharibəsini aşağıladı

Gündəm
 28-04-2023, 09:57     331

Akif Nağı: “Elmira Axundova həmin dövrdə özü kefdə yaşayırdısa, bu o demək deyil ki, Bakıda müharibə hiss olunmurdu”

“Ukraynada vəziyyət çox ağırdır. Artıq mən neçə aydır orada deyiləm, Bakıya çağırılmışam. Məsləhət bilinsə qayıdacam”. “Report” xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ukraynada Azərbaycan vətəndaşları çoxdur: “Gənclərin valideynləri ilə də dəfələrlə danışır, hələ ki, ora getməmələrini məsləhət görürəm”.
Səfir söyləyib ki, azərbaycanlılar Ukrayna vətəndaşıdırlarsa, döyüşdə iştirak edə bilərlər: “Əks təqdirdə Azərbaycan vətəndaşı olaraq orada müharibədə iştirak etmək düzgün deyil. Azərbaycan qanunvericiliyi də buna yol vermir və onu muzdlu döyüşçü kimi qəbul edir. Təbii ki, belə hallar yaşandıqda vətəndaşlar arasında da narazılıqlar yaranır”.
E.Axundova qeyd edib ki, paytaxt Kiyevdə vəziyyət daha yaxşıdır, çünki Ukrayna ordusu orada hava hücumundan müdafiə sistemləri ilə bir çox hücumları dəf edə bilir: “Hətta Kiyevdə insanlar müharibə getmirmişcəsinə yaşayırlar. Bu isə mənə bizim Birinci Qarabağ müharibəsini xatırladır”.
Səfirin bu cür paralel aparması və Birinci Qarabağ müharibəsində sanki hamının Bakıda keyf etdiyini, müharibəni hiss etmədiyini dolayısı ilə olsa da ifadə etməkdir. Bu isə narazılıq yaratmaya bilməzdi.
Akif Nağının partiyasının adı nə olacaq? - AÇIQLAMA
Akif Nağı
Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Elmira Axundova milli hisslərdən uzaq adamdır. Onun üçün Azərbaycanda gedən proseslərin heç bir mənası yoxdur: “O, özünün şəxsi həyatından başqa heç nəyi düşünmür. Elmira Axundovadan 1990-cı illərin əvvəllərində nə baş verdiyini soruşsan, bir cavabı olmayacaq: ”Ukraynada müharibə başlayanda Elmira Axundova yanlış addımları ilə Azərbaycanı pis vəziyyətdə qoydu, özünü səfir kimi apara bilmədi. Oradakı azərbaycanlılar, faktiki olaraq  köməksiz qaldılar. Elmira Axundova isə elə ağır bir zamanda postunu tərk etdi gəldi Bakıya. Bu hadisələr onun xarakterini göstərir. Məsləhət görərdim ki , Azərbaycan üçün vacib olan məqamlardan danışmasın. O cümlədən, Birinci Qarabağ müharibəsinə toxunmasın. Minlərlə şəhidimizin qanı ilə suvarılmış şanlı tarix səhifəmizə hər kəs ehtiyatla, diqqətlə yanaşmalıdır. Birinci Qarabağ müharibəsində Bakıya hər gün şəhid cənazələri gəlirdi, hər gün şəhidlər dəfn edilirdi, insanlar müharibənin bütün acılarını yaşayırdılar. Elmira Axundova həmin dövrdə özü keyfdə yaşayırdısa, bu o demək deyil ki, Bakıda müharibə hiss olunmurdu. Odur ki, Elmira Axundova bu cür mənasız bənzətmədənsə, həmin vaxt harada olduğu, nə ilə məşğul olduğunu yadına salsın, düşünsün".
Tofiq Zülfüqarov — Vikipediya
Tofiq Zülfüqarov
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirdi ki, səfirin “Bakıya çağırılmışam, məsləhət bilsələr gedəcəm” sözləri “mən getmək istəyirəm, XİN razı deyil” anlamına  gəlir.
скачать dle 12.1