Bia.Az

Ermənistan Türkiyə ilə sərhəd qapılarını açmağa tələsir, amma…

Gündəm
 23-04-2023, 14:46     303

Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin ərazisi Ermənistanın Dövlət Gəlirləri Komitəsinin yurisdiksiyasına verilib.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

Dövlət Gəlirləri Komitəsi yerli mətbuatın sorğusuna cavab verib ki, proses martın sonunda başa çatıb və idarə artıq Kadastr Komitəsindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında şəhadətnamələr alıb.

Bu məlumatı Kadastr Komitəsi də təsdiqləyib. “Marqara” keçid məntəqəsinin nə vaxt istismara hazır olacağı ilə bağlı suala Komitədən cavab verilib ki, işlər ilkin mərhələdədir. Şirak bölgəsindəki Axurik keçid məntəqəsi ilə də analoji prosesin nəzərdə tutulub-tutulmamasına gəlincə, bu keçid məntəqəsinin Komitənin yurisdiksiyasına verilmədiyi barədə bizə məlumat verilib.

Qeyd edək ki, aprelin 21-də Ermənistan hökuməti Marqarada gömrük-keçid məntəqəsinin layihəsinə 72 min dollara yaxın vəsait ayırıb. Tikinti layihəsinin ümumi dəyəri, avadanlıqların alınması, layihənin ekspertizası və s. təxminən 1,9 milyon dollardır. Rəsmi İrəvan Türkiyə ilə sərhəd qapılarının açılması üçün tələsir. Anormallıq budur ki, qondarma “soyqırım” iddiaları da gündəmdədir və sabah ermənilər bununla bağlı növbəti “şou-proqram”larla çıxış edəcəklər.скачать dle 12.1