Bia.Az

Mübariz İbrahimovla bağlı ağlasığmaz məlumat yayıldı – ŞOK ETİRAF / VİDEO

Gündəm
 21-04-2023, 11:31     413

Ötən gün media, sosial şəbəkələr və teleqram kanallarında “Tərtər işi” ilə bağlı daha bir məlumat yayıldı. “Tərtər işi” çərçivəsində ifadə verən zərərçəkənlərdən biri bildirdi ki, Mübariz İbrahimovun xalası oğluna işgəncə verilib və bu zaman ondan tələb edilib ki, həm özünün, həm də əfsanəvi Milli Qəhrəmanın vətən xaini olduğunu desin.

Təsəvvür edin, təxribata cəhd edən erməni hərbi mövqeyində təkbaşına əməliyyat keçirib xeyli düşmən hərbçisini məhv edən bir qəhrəmanın xain adlandırılmasına çalışılıb.
Ağlasığmazdır… dəhşətlidir…
Əvvəla, onu deyək ki, Mübariz İbrahimov sıradan bir Milli Qəhrəman deyil, 20 il məğlubiyyət travması ilə yaşayan toplumun düşüncəsində, təfəkküründə öz igidliyi ilə inqilab etmiş şəxsdir.
Mübariz İbrahimov hərbi-milli oyanışın Simovuludur.
Mübariz İbrahimov Şuşaya gedən müqqədəs yolun ilk addımıdır.
Mübariz İbrahimov “məğlubedilməz erməni” mifinə endirilmiş ilk sarsıdıcı zərbədir.
Mübariz İbrahimov Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın böyük qardaşıdır.
Məhz Mübarizdən sonra neçə-neçə Azərbaycan oğlu “mən də Mübariz kimi olacam” deyirdi.
Buna görə də Azərbaycan dövləti və xalqı Mübariz İbrahimovu ən yüksək səviyyədə qiymətləndirdi, onun adını özünün tarixinə yazdı.
Azərbaycanın Qarabağ məsələsindəki mövqeyinin və istəklərinin zəifləməsini istəyən dairələr də zaman-zaman Mübariz İbrahimov və bu kimi dəyərlərin üzərinə gəlməyə çalışdı, lakin həşərat kimi əzilib qaldı.
Görünür, “Tərtər işi”nin səbəbkarları da Azərbaycan xalqının iradəsini qırmaq, Qarabağa qayıdış arzularını məhv etmək üçün onun qəhrəmanlarını, dəyərlərini beyinlərdən silməyə, obrazını dağıtmağa çalışırdı.
Mübariz İbrahimov Qarabağ məsələsində bu xalqın müasir dövrdə ilk istinad nöqtəsi idi. Ermənilər və onların havadarlarının içimizə soxduğu casuslar o istinad nöqtəsini yox etmək istəyirdi.
Bütün prosesləri ümumiləşdirəndə belə başa düşmək olur ki, Azərbaycanın Qarabağı azad etməsinin qarşısını almaq üçün təkcə hərbi-siyasi prizmada yox, ictimai-sosial sferada da işlər aparılırmış.
Lakin unutduqları bir şey vardı: Şəhidlər Azərbaycan xalqının, dövlətinin toxunulmaz ucalığıdır və heç bir qüvvə, yalan-şər onların qəlbimizdəki əbədiyyət heykəlini zədələyə bilməz.
İstər Birinci Qarabağ müharibəsində məhrumiyyətlərə rəğmən Vətənin daha çox ərazisinin işğalına imkan verməyən oğullar, istərsə də Vətən savaşında Qarabağı azad edən qəhrəmanlar, şəhidlər Mübariz İbrahimovun timsalında bizim əbədi dəyərlərimizdir.
Allah Şəhidlərimizə rəhmət eləsin!

Tamerlan Yayaqan
Globalinfo.az
скачать dle 12.1