Bia.Az

Prezident və xanımı Salyanda...

Gündəm
 18-04-2023, 15:44     303

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.

Axar.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda “ASAN Xidmət” Mərkəzinin açılışını edib.скачать dle 12.1