Bia.Az

İran Bakıdakı səfirini niyə qəfil geri çağırdı?

Gündəm
 2-04-2023, 14:13     353

Tehran Abbas Musəvidən narazı qalıb, Azərbaycana gələcək səfir Dəmirçi kimdir?

İran Ermənistan və Azərbaycandakı səfirlərini geri çağırır. Qeyd edək ki, İranın Suriyadakı səfiri Mehdi Sobhani İrəvandakı diplomatik missiyasının rəhbəri, İranın Qazaxıstandakı keçmiş səfiri Müctəba Dəmirçi isə Bakıya təyin olunacaq.
Səfirlərin dəyişdirilməsi onların diplomatik missiya müddətinin başa çatması ilə bağlı deyil, konkret siyasi məqsədlər güdür. Bu barədə “Sputnik Ermənistan” a İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin müdiri, iranşünas Vardan Voskanyan deyib. Voskanyanın sözlərinə görə, Tehran münaqişə zonalarında təcrübəsi olan diplomatı Ermənistana səfir təyin edib. Sobhani Suriyadakı səfirlikdən əvvəl Pakistanda da işləyib.
Abbas_Mousavi_(IRIMFA_Spokesman)_(Cropped).jpg (73 KB)
“Aydındır ki, Sobhaninin Ermənistana səfir təyin edilməsi qərarında konkret mesaj var. Tehran Cənubi Qafqaz regionunda siyasi kursunu daha aydın şəkildə davam etdirmək niyyətində olduğunu bildirir” deyə, Voskanyan bildirib.
Ekspert hesab edir ki, yeni səfir Ermənistan-İran münasibətlərinin möhkəmlənməsinə, xüsusən də təhlükəsizlik baxımından mühüm töhfə verəcək.
İranın hazırkı səfiri Abbas Zohuriyə gəlincə, Vardanyan onu Ermənistanda işləyən ən yaxşı diplomatlardan biri hesab edir. O qeyd edib ki, Zoxurinin diplomatik missiyası Ermənistan üçün son dərəcə çətin dövrə təsadüf edib. Bununla belə, iranlı diplomat Ermənistan-İran münasibətlərinin inkişafına mühüm töhfə verə bilib.
İranın Azərbaycandakı gələcək səfiri Dəmirçi də təcrübəli diplomatdır. O, Qazaxıstan (2014-2018) və Gürcüstanda (2006-2010) diplomatik missiyanın rəhbəri işləyib, İranın Azərbaycandakı səfirliyinin ikinci katibi vəzifəsində işləyib.
mucteba-demirchi.jpg (20 KB)
Voskanyanın sözlərinə görə, Tehran Bakıdakı hazırkı səfir Seyid Abbas Musəvidən o qədər də razı deyil. Abbas Musəvi 2020-ci ildən Bakıdakı diplomatik korpusa rəhbərlik edir. Seyid Abbas Musəvi öncədən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü olmuşdur. Ekspert hesab edir ki, yeni səfir çox güman ki, İran-Azərbaycan münasibətlərində fərqli kurs tutacaq.
Yada salaq ki, İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Bu barədə İran mediası məlumat yayıb. Qeyd edilib ki, etiraz notası Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılıb.
Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib: “İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.скачать dle 12.1