Bia.Az

Yerusəlimdə təhlükəsizliklə bağlı mühüm Azərbaycan-İsrail anlaşmaları - perspektivdə nələr var?

Gündəm
 31-03-2023, 10:50     340

Xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri çərçivəsində mühüm anlaşmalar əldə olunub. Azərbaycan və İsrail XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlandıqdan sonra bəlli oldu ki, iki ölkə arasında bütün sferalar üzrə əməkdaşlıqlar sıxlaşacaq.

Belə ki, nazirlər siyasi, iqtisadi, ticarət, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair danışıqlar aparıblar, müəyyən razılıqlara gəliblər.
XİN-in açıqlamasında diqqət çəkən belə bir cümlə də var: “Azərbaycanın İsraildə səfirliyinin açılmasının strateji müttəfiqlik əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb”.
Bu o anlama gəlir ki, regiondakı mövcud reallıqlar nəzərə alınmaqla, strateji müttəfiqlik ən yüksək səviyyəyə çata bilər və mümkündür ki, perspektivdə buna dair rəsmi bəyannamələr də imzalansın. Ceyhun Bayramov İsrailin müdafiə naziri Yoav Gallant ilə görüşündə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.
Nazir açıqlamasında “Azərbaycan-İsrail tərəfdaşlığını daha da gücləndirmək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə qeyd edib.
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən regional problemlər müzakirə edilib, ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlinib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Prezidenti İshak Hersoqla görüşüb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Prezidentinin ofisi tvitter səhifəsində məlumat yayıb.
İsrail Prezidenti Azərbaycan XİN rəhbərini səfirliyinin açılması  münasibətilə təbrik edib » Missiya.az - Xəbər portalı
“Prezident İshak Hersoq bu gün iqamətgahda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Prezident onu Azərbaycanın İsraildə səfirliyinin açılması və ilk səfirin təyin olunması münasibətilə təbrik edib”, - paylaşımda qeyd edilib...
Bu arada Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev açıqlama verib ki, hazırda Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir. Nazir deyib ki, müasir müharibələrdə insansız idarə olunan silahlar çox önəmlidir: “Gələcəkdə Azərbaycandan tələbələri ABŞ və Türkiyəyə müdafiə sənayesi sahəsində təcrübəyə göndərməyi planlaşdırırlar...” İsrail kimi mühüm və bütün mənalarda güclü ölkə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması Azərbaycana nə vəd edir? Perspektivdə biz nələrə nail ola bilərik? Bu, bədxahlarımızın, xüsusilə İranın neytrallaşdırılmasına hansı təsirlərini göstərə bilər? Yaxud da bu onları daha da aqressivləşdirə bilərmi?
Bəhruz Məhərrəmov: İran terror dövlətidir
Bəhruz Məhərrəmov: “Vətən müharibəsində biz İsrailin tutduğu qəti və aydın mövqeyi heç vaxt unutmamalıyıq”
Deputat Bəhruz Məhərrəmov İsrailin Vətən müharibəsində bizə verdiyi dəstəyi xatırlatdı: “İsraildə Azərbaycan səfirliyinin rəsmi və təntənəli şəkildə açılış mərasimi və beynəlxalq səviyyədə bu məsələyə diqqət prosesin miqyasca və mahiyyətcə yalnız bir diplomatik missiyanın açılması çərçivəsində olmadığını göstərir. Sirr deyil ki, İsrailin İslam dünyası ilə münasibətlərinin ən uğurlu nümunəsi Azərbaycanla formalaşıb. Bunun habelə Azərbaycandakı yəhudi icmasının əsrlərdir Azərbaycanda dinc və rahat yaşamasından tutmuş, dərin geosiyasi məsələlərə qədər çoxsaylı səbəbləri var.  Eyni zamanda bu illər ərzində İsrail həmişə Bakıya münasibətdə dürüst davranaraq özünü dar günün dostu kimi təsdiq edib. Xüsusən Vətən müharibəsində biz İsrailin tutduğu qəti və aydın mövqeyi heç vaxt unutmamalıyıq. Bu mənada səfirliyin açılışı münasibətlərin yeni mərhələsi hesab olunmalıdır. Açılış mərasimi üçün İsraildə səfərdə olan Azərbaycan xarici işlər nazirinin İsrailin baş naziri, xarici işlər naziri və müdafiə nazirləri ilə görüşü, görüşlərdən yayılan rəsmi məlumatlar, əməkdaşlığın perspektivləri barədə ifadə olunan iradə artıq Bakı və İsrail strateji əməkdaşlığının timsalında regionda rəsmən yeni strateji güc mərkəzinin  formalaşması deməkdir. Sirr deyil ki, bu gün bölgəmizdə terror saçan dövlətlərin insanlıq adına, mədəniyyət və humanizm adına, hətta islam dəyərləri adına İsraildən öyrənəcəyi çox şey var. Biz məhz bu əməkdaşlığımızla regionumuzda "imanı küfrə dəyişərək doğru yoldan azanları" islah edəcəyik. Bizim tərəfdaşlığımız heç kimə qarşı yönəlməyib, amma daha təhlükəsiz dünya naminə murdar təfəkkürlər, bəşəri təhdidlər, təcavüzkar xislətlər qarşısında da susmaq niyyətimiz yoxdur".
Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”
Əhəd Məmmədli: “Təhlükəsizlik məsələlərində də Bakı ilə Tel-Əviv daim əlaqədə olmalıdır”
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycanın dostlar siyahısının durmadan artmasının vacibliyini vurğuladı: “Bu ölkədə Azərbaycan səfirliyinin açılmasına tarixi hadisə kimi baxıram. Azərbaycan üçün İsraillə əməkdaşlığın vacibliyi daha da artıb. Bunun obyektiv səbəbləri var. Azərbaycan BMT tərəfindən tanınan ərazilərini azad edəndən sonra bütün dünya qarşımıza çıxdı. Burada XİN və Diaspor Komitəsinin simasında xarici diplomatiyamızın da qüsuru var. Amma bəzi ölkələr bizə öz əsl simalarını göstərmiş oldular. Təəssüflə qeyd etməliyəm ki, maskası cırılmışlar arasında ən birinci pillədə ümumi tariximiz, dinimiz, hətta məzhəbimiz olan İran durdu. İranın gündən-günə yüksələn anti-Azərbaycan ritorikası artıq sərhəd tanımır. Tehrandakı rejimin Azərbaycana qarşı son iki ildə etdiyi demarşlarının konkret bir adı var-düşmənçilik. Hazırda İran Hindistanla bərabər Ermənistanı ən çox silahlandıran ölkədir. İndiki vəziyyətdə İranın Ermənistana silah dəstəyi Rusiyadan, siyasi dəstəyi isə Fransa və ABŞ-dən daha çoxdur. İranın Azərbaycana qarşı provokasiyaları, hədə-qorxu, təhdid dili ilə danışması çoxaldıqca Bakının həm də Tel-Əvivlə yaxınlaşması zərurətə çevrilir. Azərbaycan İsraillə hərbi əməkdaşlığını genişləndirməlidir. Təhlükəsizlik məsələlərində də Bakı ilə Tel-Əviv daim əlaqədə olmalıdır. Təbii ki, Azərbaycan İsraillə İran arasında poliqona çevrilməməlidir. Lakin real təhdidlər qarşısında da öz müdafiə çəmbərini qurmağı bacarmalıdır. Düşmənlərimiz bilməlidir ki, biz də əlimizə ən müasir silahlar toplayırıq və hər anda onların hər provokasiyasına cavab verməyə hazırıq! Burada Azərbaycanın təkcə İsraillə deyil, həm də təbii müttəfiqimiz qardaş Türkiyə, ən yaxın dostumuz Pakistan, strateji tərəfdaşımız Britaniya ilə də siyasi-iqtisadi-hərbi əməkdaşlığımızın şaxələnməsi və vacibliyindən söhbət gedir. Həmçinin Azərbaycan təcili olaraq dostlar siyahısını genişləndirməlidir. Öncə bu siyahıda digər qardaş türk dövlətləri durmalıdır. Türküstan region ölkələri içində Azərbaycan xüsusilə də Özbəkistan və Qazaxıstanla möhkəm müttəfiqlik qurmalıdır. İslam dünyası ölkələri içində Əfqanıstan, İraq, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərlə yaxınlaşma prosesi getməlidir. Şərqi Avropa ölkələri içində Azərbaycana qohum bağları olan Macarıstan və Albaniya ilə münasibətlər möhkəmlənməlidir, düzəlməlidir. Eynən Rumıniya ilə də yaxınlaşmalıyıq. Qərbi Avropa dövlətləri arasında İtaliyanı müttəfiqimiz etməyi bacarmalıyıq. Uzaq Şərqdə Çin, Koreya və Yaponiya ilə işləməyi bacarmalıyıq”.
Elxan Şahinoğlu: “Gərək azərbaycanlı nazir orda olardı ki...”
Elxan Şahinoğlu: “İran bizə başqa alternativ qoymur”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İranın Azərbaycana başqa seçim şansı qoymadığını bildirdi: “İranın Azərbaycana qarşı artan təxribatları fonunda rəsmi Bakının bir neçə alternativi var. Birinci alternativ Türkiyə ilə hərbi ittifaqı gücləndirmək, türk hərbi bazalarının ölkəmizdə yerləşdirilməsini təmin etməkdir. İkinci alternativ isə Amerika və İsraillə hərbi-texniki əməkdaşlığı, kəşfiyyat əməkdaşlığını ən yüksək səviyyəyə qaldırmaqdır. Azərbaycan xarici işlər nazirinin İsrailə səfəri, orada israilli həmkarı, müdafiə naziri, prezident və baş nazirlə görüşləri ondan xəbər verir ki, bu əməkdaşlıq inkişaf edəcək. Elə bugünlərdə İsrail şirkətinin Bakıda kibertəhlükəsizlik mərkəzinin yaradılması strateji əməkdaşlığın inkişafından xəbər verir. İsrailin ölkəmizə yatırımları da artacaq. Bu ölkənin hərbi sənaye kompleksi dünyada ən inkişaf etmiş sahələrdən biridir. Bu istiqamətdə də əməkdaşlıq davam edəcək. Biz bunun faydasını II Qarabağ savaşında da gördük. Amerika ilə də hərbi əməkdaşlığı gücləndirməyə ehtiyac var. Çünki İran bizə başqa alternativ qoymur. Cənub qonşumuzun artan təxribatları Azərbaycanın təhlükəsizliyinin daha da artırılmasını diktə edir. Bu isə Türkiyə ilə hərbi əməkdaşlığın ən üst səviyyəyə qaldırılmasından, eyni sahələr üzrə Amerika və İsraillə əməkdaşlığın gücləndirilməsindən keçir. 30 il İsraildə səfirlik açmadıq. Dostlarımızla tərəfdaşlığı gücləndirməliyik. Mədət Quliyevin də açıqlamaları yerində idi ki, Amerika və İsraillə ortaq layihələr həyata keçirilir. İrana mesaj verilir ki, bizi təkliyə bilməzsiniz. Azərbaycanın strateji tərəfdaşlarının sayı artır və bu strateji tərəfdaşlar dünyada söz sahibi olan ölkələrdir”. /“Yeni Müsavat”/ скачать dle 12.1