Bia.Az

Bu SƏBƏB Azərbaycanla İsraili bir-birinə bağlayıb - İrana ŞİLLƏ kimi detallar

Gündəm
 30-03-2023, 16:32     277

Fars rejimi iddia edir ki, Azərbaycan anti-İran koalisiyasına qoşulmaq niyyətindədir. İsraildə səfirliyimizin açılması bu iddianı daha da gücləndirib.

Bu mövqe İranın Azərbaycana qarşı aqressiyasını daha da artıra bilərmi?

Finlandiyada yaşayan Güney Azərbaycandan olan siyasi şərhçi Çingiz Göytürk Musavat.com-a bildirib ki, Azərbaycan-İsrail münasibətlərinin dərinliyi heç də yeni bir məsələ deyil.
0a959324a985517884afdc960998c02b.jpg (78 KB)
Siyasi şərhçinin sözlərinə görə, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra İsrail onun azadlığını tanıyan ikinci dövlət olub:
"O tarixdən bu günə qədər bu münasibətlər inkişaf xətti üzrə davam edib. Azərbaycanın İsrailin enerji təminatında sərgilədiyi yüksək inam, Azərbaycan Silahlı Qüvvələrinin yeni nəsil silahlarla təchiz olunmasında İsrailin nümayiş etdirdiyi münasibət iqtisadi sahədə bu münasibətlərin nə dərəcədə dərin və sağlam olduğunun göstəricisidir. Azərbaycan-İsrail münasibətləri xüsusilə 44 günlük müharibədən və Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra bölgədə yaranan yeni durumda geosiyasi, geostrateji sahələri də əhatə edib. Münasibətlərin artan xətlə inkişaf etməsində Azərbaycan cəmiyyətinin bir çox müsəlman ölkələrin cəmiyyətlərindən fərqli olaraq dini tolerantlığı, Azərbaycanda yaşayan yəhudi kökənli vətəndaşların bu durumdan məmnunluğu və Azərbaycan-İsrail münasibətlərinin inkişafında göstərdikləri səylər ciddi rol oynayıb.
Bütün bunlara baxmayaraq, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan digər müsəlman dövlətlərin həssasiyyətini bir kənara buraxmayıb və gərginliklərin bir tərəfi olmaq yerinə balanslaşdırılmış siyasət aparmağa üstünlük verib. Bu gün Azərbaycanın həm İsraillə münasibətlərindəki, həm də müsəlman ölkələri arasında nüfuzunun təməlində məhz balanslaşdırılmış siyasət dayanır. Hər bir müstəqil dövlət kimi Azərbaycan da öz milli mənfəətlərindən yola çıxaraq müxtəlif sahələr üzrə tərəfdaşlarını seçmə və həmin tərəfdaşlarla istədiyi səviyyədə münasibət qurmaq hüququna sahibdir. Buna İran daxil olmaqla kimsənin müdaxilə etmək hüququ yoxdur.
Azərbaycanın bölgədə sülh, sabitlik tərəfdarı olduğunu da nəzərə alsaq, İranın arqumentlərinin boş olduğunu görə bilərik. Digər tərəfdən, İranın Azərbaycana qarşı aqressiyasının kökündə İsraillə olan münasibətlərin necəliyi deyil, İran fars rasizminin anti-türk, anti-Azərbaycan mövqeyinin durduğunu artıq hər kəs bilir. İranın Azərbaycana qarşı aqressiyasının artan xətlə davam etməsi Azərbaycana öz milli təhlükəsizliyini qorumaq üçün alternativlərini daha da genişləndirmə imkanı verəcək".скачать dle 12.1