Bia.Az

SEPAH-ın azərbaycanlılardan ibarət bölmələri… - Şahbazi

Gündəm
 29-03-2023, 11:15     246

Biz SEPAH-dan danışanda onu təhlükəsizlik qüvvəsi, kəşfiyyat və dövlət qurumu modelində bir təşkilat olaraq tanıyırıq. Lakin o, bunlardan daha üstün bir qurumdur. Yəni, Xameneinin yanında dayanan ən güclü orqandır.

Bu sözləri Axar.az-a Azərbaycan Demokrat Firqəsi ABŞ Komitəsinin məsul şəxsi Rəhim Şahbazi hakerlər tərəfindən ələ keçirilən gizli sənədlə bağlı danışarkən deyib.

Orduda parçalanma meyillərindən söz açan Şahbazi bildirib ki, Xamenei yaşadığı müddətcə SEPAH-ın bölünməsi mümkün deyil:
“Xamenei onlara çox inanır, İnqilab Keşikçiləri də göstərişləri birbaşa ondan alır. SEPAH-da rəhbərliyə qarşı olan müxalif qüvvələr var. Elə bu gizli görüşdə toplaşanlar da bununla bağlı öz fikirlərini bildiriblər. Xameneini özündən sonra ölkəni kimin idarə edəcəyi sualı daha çox narahat edir. O, SEPAH daxilindəki müxalif qüvvələrə çox da güc sərf etmir, yaxud da onları görməzdən gəlməyə çalışır. Lakin tədbirini də əldən vermir”.
Şahbazi onu da vurğulayıb ki, hakimiyyət Azərbaycan türklərindən ibarət olan SEPAH və “Bəsic”dəki qüvvələrə bir o qədər də etibar etmir:
“Təbrizdəki Ləşkəri-Aşura SEPAH-ın bölmələrindən biridir. Lakin rejim Şimali Azərbaycan sərhədini türklərdən ibarət olan SEPAH qüvvələrinə etibar etmir. O bölgəyə fars məntəqələrindən SEPAH qüvvələri gətirməyə çalışır. Odur ki, SEPAH-da parçalanma olarsa, bundan gələcəkdə Azərbaycanın xeyrinə də yararlanmaq olar. SEPAH-ın parçalanmış qolu elə millətimizin mənafeyini qoruyacaq və dəstək verən qüvvələrdən olacaq”.
O özünü müxalifət hesab edən Rza Pəhləvinin də SEPAH-ın imkanlarından yararlanmaq istədiyini diqqətə çatdırıb:
“Rza Pəhləvi danışıqlarında qeyd edir ki, İranın gələcəyində SEPAH-ı tamamilə ləğv etmək olmaz. Onların içində çox yaxşı qüvvələr var və heç də hamısı pis deyil. O, əsl hədəfini ortaya qoyaraq SEPAH-la fikir alış-verişi edib. Bir növ demək istəyib ki, sizi tamam aradan götürmək niyyətimiz yoxdur. Pəhləvi hazırki rejimin gedəcəyi, özünün hakimiyyətə gələcəyi halda SEPAH-ın mövcudluğunun onlara xeyir verəcəyini düşünür. Çünki ordunun, SEPAH-ın köməyi ilə ölkəni parçalanmadan və daxili savaşdan qurtarmaq olar. Lakin Pəhləvinin bu vədlərini SEPAH rahatlıqla qəbul etməz”.скачать dle 12.1