Bia.Az

“Tez gəl, evə daxil ola bilərlər” - Fazil Mustafa ilk ona zəng edib

Gündəm
 29-03-2023, 10:51     224

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.

Bakupost.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:

“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim, buraya. Təmkinini itirməmişdi”.
скачать dle 12.1