Bia.Az

Yaşar Şirvani

Gündəm
 17-04-2020, 23:06     281

Yaşar ŞirvaniDöz deyirlər.

Göz önünə gətirdikcə dünəni
Qəhər boğur,göynədir bax,sinəni
Ölmüş kimi,bağlayıblar,çənəni
Danışmağa,söyləməyə,sözüm yox
Döz deyirlər,billah məndə,dözüm yox

Bilirəm ki,nəfəsim var,diriyəm
İstəyirəm,evdən çıxıb,yürüyəm
Bu virusu,yıxlb yerə,sürüyəm
Deyirlər ki,çarəsizdi,çözüm yoz
Döz degirlər,billah məndə,dözüm yox

Bütün günü,susmayır bax,telefon
Nə bir gündü,nə beş gündü,nə də on
Sonu varmı?!Desələr də,bu da son
Heç bu işdən,su içməli,gözüm yox
Döz deyirlər,billah məndə,dözüm yox.



Bu virusu insan cildinə girmiş biri icad edibsə..

Bu insan nə imişAllah!

Bəd əməlin,mühəndisi
İcad edib,baxın pisi
Mat qoyubdur,bax iblisi
Bu insan nə imiş Allah

Xəyanətin,anasıdır
Fitnələrin,sonasıdır
Cəhənnəmdə,yanasıdır
Bu insan nə imiş Allah

Yoğrulduğu,kimi deyil
Doğulduğu,kimi deyil
Heç olduğu ,kimi deyil
Bu insan nə imiş Allah

Əzəlidir,qanləkəsi
Haram dadır,hər tikəsi
Bu dərd deyil,heç çəkəsi
Bu insan nə imiş Allah!!!скачать dle 12.1