Bia.Az

Lyakazett "Atletiko"ya keçə bilər

Gündəm
 18-04-2020, 09:51     275

Lyakazett "Atletiko"ya keçə bilər“Arsenal”ın futbolçusu Aleksandr Lyakazett karyerasını İspaniyada davam etdirə bilər.

bia.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “Atletiko”nun hədəfindədir.

Madrid klubunun, Lyakazetti komandadan ayrılması gözlənilən Dieqo Kostanın əvəzləyicisi kimi gördüyü bildirilir. Kostanın “Atletiko”dan ayrılacağı təqdirdə klubun fransalı futbolçu üçün hərəkətə keçəcəyi qeyd olunub.

“Arsenal”ın da Lyakazetti satmağı düşündüyü bildirilir.

Qeyd edək ki, 2017-ci ildən “Arsenal”da çıxış edən Lyakazettin klubla müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.скачать dle 12.1