Bia.Az

SON DƏQİQƏ: 4 rayonumuz atəşə tutuldu, müharibənin ayaq səsləri eşidilir... CANLI

Gündəm
 15-03-2023, 16:00     284

Martın 15-i saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Ermənistan mediası və teleqram kanallarının iddiasına görə, Azərbaycan Ordusu Qarabağa və sərhədə canlı qüvvə-hərbi texnika toplayır. Azərbaycan Ordusunun Qarabağda, yaxud sərhəd bölgəsində hansısa hərəkəti suveren hüququdur və hərbi birləşmələrin daim yerdəyişməsi, xüsusilə hərəkət istiqamətini fəsilə uyğun seçməsi təbii haldır. Lakin Azərbaycanın hazırda hərbi birləşmələrin yeni dislokasiyası haqda heç bir mənbədə məlumat yoxdur.

TVMusavat-ın saat 16:00-da canlı efirində “Həftə içi”nin qonağı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə bölgədəki gərginliyi və atəşkəsin pozulmasının səbəblərini müzakirə edirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat
 

Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9скачать dle 12.1