Bia.Az

İstiqlal Marşının qəbulu günü İzmirdə bayram edildi

Gündəm
 14-03-2023, 01:59     319

12 mart Türkiyə İstiqlal Marşının qəbul edilməsinin 102-ci ildönümü Türkiyədə, ölkənin xaricdəki səfirliklərində və Şimali Kipr Türk Respublikasında bayram tədbirləri ilə qeyd olunub. Belə mərasimlərdən biri də İzmirin Bayraqlı rayonunun Piyalə orta məktəbində keçirilib.

Axar.az xəbər verir ki, bu haqda türkiyəli araşdırmacı jurnalist Həsən Barın yazıb.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Qazi Mustafa Kamal Atatürkün, onun silahdaşlarının və Mehmet Akif Ərsoyun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb müdiri Hüseyn Qandəmir bu günün mənası və tarixi əhəmiyyəti haqqında çıxış edib və “Allah bu millətə bir daha İstiqlal Marşı yazdırmasın!” arzusu ilə nitqini bitirib.

Tədbirdə İstiqlal Marşını intonasiyalı oxumaq və rəsm çəkmək yarışında qalib gələn şagirdlər mükafatlandırılıb.скачать dle 12.1