Bia.Az

Rusların dəstəyi ilə Qarabağa silah daşınır

Gündəm
 13-03-2023, 11:09     253

Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərbi kortejin növbəti hərəkəti qeydə alınıb.

Axar.az Minval.az-a istinadla xəbər verir ki, görüntülərdə Rusiya sülhməramlı kontingentinin 2 UAZ “Patriot” markalı avtomobilinin ermənilərə məxsus və hərbi məqsədlər üçün nəzərdə tutulmuş 3 UAZ avtomobilini müşayiət etməsi qeydə alınıb.

Hərbi texnika karvanı Xəlfəli yolu ilə Ermənistandan Xankəndi istiqamətinə hərəkət edir.

Rusiya Müdafiə Nazirliyi yaydığı bülletendə bildirib ki, sülhməramlılar Gorus-Xankəndi marşrutu üzrə humanitar yük daşıyan daha bir karvanı müşayiət ediblər.скачать dle 12.1