Bia.Az

Bir partiya əskik…

Gündəm
 5-03-2023, 13:25     252

Azərbaycanda rəsmi siyasi partiyaların sayı 59-a düşüb.

Martın 2-də Azərbaycan Naminə Alyans Partiyasının fəaliyyətini dayandırdığı bəyan olunub. Məlumata görə, qurum “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərini nəzərə alaraq növbədənkənar qurultay keçirib və özünü buraxıb.

Abutalıb Səmədovun sədrlik etdiyi Azərbaycan Naminə Alyans Partiyası 1994-cü ildə təsis olunmuş, 1995-ci ildə dövlət qeydiyyatına alınmışdı.
Novator.az bildirir ki, 2023-cü il yanvarın 11-də qüvvəyə minən “Siyasi partiyalar haqqında” yeni qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır.

Dövlət qeydiyyatında olan 60 siyasi partiyaya üzvlərinin sayını 5000 min nəfərə çatdırmaq, onların reyestrini hazırlayıb təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitir.

Əvvəlki qanunla partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi.

Partiyaların dövlət qeydiyyatına Ədliyyə Nazirliyi məsuldur.скачать dle 12.1