Bia.Az

"Beşiktaş"ın legionerləri Türkiyəni tərk etdilər

Gündəm
 16-04-2020, 10:34     343

"Beşiktaş"ın legionerləri Türkiyəni tərk etdilər
Türkiyənin "Beşiktaş" klubunun futbolçuları Cermeyn Lens və Kevin-Prins Boatenq komandadan ayrılıblar.

bia.az-in "NTV Spor"a istinadən məlumatına görə, rəhbərlikdən icazə alan hollandiyalı yarımmüdafiəçi ilə Qana əsilli alman hücumçu ölkələrinə yollanıblar.

Hər iki legioner ailələri ilə birlikdə İstanbulu xüsusi təyyarə ilə tərk ediblər.

Onların Superliqanın startı ərəfəsində "Beşiktaş"ın düşərgəsinə qayıdacaqları bildirilib.

Qeyd edək ki, Türkiyə çempionatının oyunları martın 19-da koronavirus pandemiyasına görə dayandırılıb.скачать dle 12.1