Bia.Az

NEÇƏ GÜNDÜ DÜŞÜNÜRƏM...

Gündəm
 15-04-2020, 16:38     353

NEÇƏ GÜNDÜ DÜŞÜNÜRƏM...Hökumətimizin qəbul etdiyi qaydalar, qadağalar, vətəndaşlarımıza olan sevgidən, məhəbbətdən qaynaqlanır, ya yox....

Koronovirusla bağlı dövlətimizin #evdəqal tədbirləri, millətə olan sevgisindən, məhəbbətindən, qayğısından irəli gəlir, yoxsa....
Bunun ətrafında qarşıma çox suallar çıxır. Elə bilməyin qaydaları pozub evdən çıxıb harasa gedirəm. Yox, dövlətimizin #evdəqal ına, nəvəmin küçəyə çıxmaq istəyən kimi, #babaevəgəl qadağalarına, bir vətəndaş olaraq ciddi əməl edirəm.
Bəli, dövlətin vətəndaşının qayğısına qalma BORCU KONİSTİTUSİYAYLA tənzimlənir və dövlətin boynuna bir ŞƏRƏFLİ vəzifə kimi qoyulur. Bu dövlətin vəzifə borcudu. Onun içərsində ola biləcək SEVGİ, MƏHƏBBƏT, dövlətin yerinə yetirdiyi VƏZİFƏ BORCU nda özünü göstərməlidir...
Dövlətin vətəndaşının qeydinə qalma, vətəndaşının sağlamlığın düşünmə kimi vəzifə borcunu korona virusun ölkəmizə yenicə ayaq açdığı bir məqamda, karantin rejimini tətbiq edib, vətəndaşlarına bu qoyulmuş qadağaların onların sağlamlığı anlamı gətirəcəyindən, zərurət yarandığından qəbul edildiyini vurğuladılar. Nazirlər Kabineti yanında dövlətin Nazirlər kürsüsünü tutanlardan ibarət OPERATİV QƏRARGAH yaradıldı. NK yanında yenicə yaranan OQ-ın nazirlər ordusunun hər bir nazir üzvü, öz sahələri üzrə aktiv fəaliyyətə keçdi. Hətta dövlət başçısı qərargah üzvü bu nazirləri bir-bir qəbul edib, onların tərtib etdikləri tədbirlər planlarıyla tanış olub, dinləyib, tövsiyyə və tapşırıqlarını verib...
Məqsəd nə idi...
Vətəndaşların #evdəqal kompaniyasına, dövlətin vətəndaşı qarşısındakı VƏZIFƏ BORCU nu layiqincə, qanunlara müvafiq yerinə yetirilməsidir.
Bundan ötəri, bütün dünya ölkələrində olduğu kimi, vətəndaşlarının #evdəqal müddətində, onların yaşamağa olan ehtiyaclarının dövlət büdcəsindən müəyyən miqdarda məbləğ ayırıb, vətəndaşlarına evdə qaldığı müddətdə ödəmələr etmək lazımlığıdır...
Burada ən böyük məsuliyyət və ən böyük ağırlıq ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİLİYİ VƏ DAXİLİ İŞLƏR NAZİRLİYİ üzərinə düşür desək, fikrimizdə yanılmarıq.
ƏƏSMN Sahil Babayev cənab, hazırladığı tədbirlər planında o qədər qarmaqarışıq təkliflər irəli sürdü ki, haqlı olaraq əhalinin narazılıqlarına səbəb oldu...
Sahil Babayev cənabı, dövlət başçısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq tədbirlər planında olanları açıqlayıb, bildirdi ki, evdə, ailədə neçə nəfər yaşamasından aslı olmayaraq, ailə üzvlərindən biri, işləyib əmək haqqı alırsa və ya ailə üzvlərindən heç biri işləməyib əmək haqqı almırsa, o ailənin bir üzvü, pensiya, müavinət alırsa dövlətin işsizlər üçün yardım paketində müəyyən etdiyi 190 manat sosial ödənişi ala bilməyəcək.
Rayon və kənd yerlərində yaşayan, torpaq payı olan ailələrdə işləyib, işləmələrindən aslı olmayaraq bu ödənişi, 190 manatı ala bilməyəcək...
Bütün bu kimi anlaşılmaz açıqlamalar, əhali arasında haqlı olaraq narazılıq yaratdı. Böyük əksəriyyəti də buna etirazın sosial şəbəkələrdə müxtəlif cür çatdırdı və çatdırmaqdadırlarda.
Bu gün, bu kateqoriyaya aid olan insanlarımızla yanaşı, gündəlik işləyib ailəsinə çörək pulu gətirən, hazırda #evdəqalla bağlı işləməyən, Dövlət məşğulluq mərkəzlərində işləməyən kimi qeydiyyatda düşməyən, minlərlə vətəndaşmız elan olunan internet resurslarından istifadə edib, 190 manat yardımı almaq üçün müraciətlərinin yetərincə hələdə dəyərləndirilməməsi inamı sarsıdır, əlavə şayiələrə yol açır...
Vətəndaş olaraq, yaxın ətrafımda tanıdığım onlarla adamın müraciətinin bu gündə dəyərləndirilməməsi və ya imtina edilməsi cavabının olmaması çox düşündürücüdür...
#evdəqal kompaniyasının karantin tədbirlərinə əməl etməli olan vətəndaşlarımızı Allahın ümidinə buraxıb, ailəsinin, uşağının qarşısında aciz durumda qoymaq, istər - istəməz qoyulan, vacib olan qadağanın pozulmasına gətirib çıxarır ki, buda virusun yayılmasını artıra bilər. Həmdə, böyük əksəriyyətinin ehtiyac üzündən evin tərk etməsi, əlavə virus mənbəyinin yayılmasıyla bərabər vətəndaşlarımızın inzibati xətalar, cinayət məsuliyyətinə gətirib çıxarır.
Bu gün, karantin rejiminin tələblərin pozub, cərimələnənlərin statiskasına baxanda böyük bir rəqəmin şahidi oluruq. On minlərlə insanın, vətəndaşın cərimələnməsi, məsuliyyətə cəlb olunması vəziyyətin hökumətin vətəndaşlarına olan SEVGİSİNDƏN, MƏHƏBBƏTİNDƏN irəli gəlmədiyini görürük.
Bir çox imkanlı, cəmiyyətdə tanınan imkanlı insanların, imkansız insanlara könüllü surətdə etdikləri yardımlara, QISQANCLIQ göstərən hakimiyyət nümayəndələri, bu cür xeyirxahlığın göstərilməsinə maneçilik cəhdləri, HAKİMİYYƏTİN VƏTƏNDAŞINA OLAN SEVGİSİNİN, MƏHƏBBƏTİNİN TƏZƏHHÜRÜ KİMİ DƏYƏRLƏNDİRİLƏ BİLƏR.
AXI QISQANCLIQ, SEVGİDƏN, MƏHƏBBƏTDƏN DOĞUR....

Elxas COMƏRD

AtaTV.az xəbər portalın direktor maviniскачать dle 12.1