Bia.Az

“Azərbaycan və Türkiyə dünyanı onların başına yıxar, əgər...” - İrəvan dostlarına çox güvənməsin!

Gündəm
 14-02-2023, 11:21     242

Ermənistan Türkiyədəki zəlzələnin barışıq üçün yaratdığı unikal şansı doğru qiymətləndirməlidir, nəinki İran və ya Fransa ilə birləşib avantürist planlar qurmalıdır...

Türkiyə zəlzələ səbəbi ilə 30 ildə ilk dəfə Ermənistanla quru sərhədini açmalı oldu. Qonşu ölkədən humanitar yardım gətirən yük maşınlarını öz ərazisinə buraxdı. Bu hadisə erməni siyasi seqmentində maraqlı reaksiyalara səbəb olub. Məsələn, faktı dəyərləndirən türkoloq Nelli Minasyan deyib ki, 1993-cü ildən bağlı olan sərhəddəki Marqara körpüsü 30 ildən sonra açılıb və böyük ehtimalla bir daha bağlanmayacaq.
“Sərhədin açılması əslində Ermənistan-Türkiyə danışıqlarının nəticələrinə əsasən planlaşdırılıb. Humanitar yardım şəklində "qanuni" səbəb olduğu üçün zəlzələ bu prosesi müəyyən qədər sürətləndirdi. Amma mən hesab edirəm ki, quru sərhədinin açılması ilə bağlı müəyyən proses gedir və əslində bu qəbildən xəbərləri gözləmək lazımdır", - deyə o qeyd edib.
*****
Xatırladaq ki, qardaş ölkənin rəsmiləri Ermənistanla sərhədlərin tam həcmdə açılması üçün İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamalı olduğunu dəfələrlə bəyan ediblər. Odur ki, erməni tərəfinin “zəlzələ fürsəti”ni şişirtməsinə ehtiyac yox. Əsas əngəl yerində qalır: Ermənistan hələ də nə Azərbaycanın, nə də Türkiyənin ərazi bütövlüyünü tanıyıb. Ölkələr arasında normal gediş-gəliş, iqtisadi-ticari əlaqələr, açıq sərhədlər isə yalnız o halda mövcud olur ki, onlar bir-birinin ərazi bütövlüyünə hörmət edirlər.
Başqa sözlə, sərhədlərin həmişəlik açılmasına dair Bakı və ya Ankaraya bağlı bir səbəb, maneə yox. “Top” həmişəki kimi, Ermənistanın meydanındadır. Nikol Paşinyanın Ərdoğana başsağlığı verməsi, qardaş dövlətə humanitar yardım və xilasedicilər göndərməsi insaniyyət baxımından normaldır, amma iki xalqın barışığı üçün kifayət deyil. Bunun davamı gəlməlidir - Ermənistandan. İrəvan həm də tələsməlidir.
Ermənistanın Azərbaycan və Türkiyə ilə sülh anlaşmaları imzalaması kifayətdir ki, onun regional və qlobal güclər arasında təhlükəli oyununa, “iki stul” taktikasına da ehtiyac qalmasın. Gah Rusiya, gah İran, gah da Fransa və ABŞ tərəfə yıxılmasın...
*****
Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET
Elxan Şahinoğlu 
Politoloq Elxan Şahinoğlu hesab edir ki, sərhədin açılması əslində Ermənistanın məsuliyyətini artırır. “Bununla Türkiyə və Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən daha keyfiyyətli Türkiyə məhsullarını əldə etmək daha faydalıdır. Digər tərəfdən, Ermənistan öz məhsullarını Türkiyəyə ixrac edilə bilər”, - deyə o vurğulayıb.
Politoloqa görə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur. Onun fikrincə, Türkiyə-Ermənistan sərhədinin açılması və iki ölkə arasında iqtisadi münasibətlərinin qurulmasının Zəngəzur dəhlizinin açılmasına təsiri rəsmi İrəvanın mövqeyindən asılıdır: “Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq və regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Zəngəzur dəhlizindən qarşılıqlı istifadə Azərbaycanla yanaşı, Ermənistan üçün də faydalı olacaq. Ancaq Nikol Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O, buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq”.
*****
Yəni bütün problemlərin, eləcə də Ermənistanın özünün ən böyük problemlərinin başı kapitulyant ölkənin qonşularının ərazi bütövlüyü və suverenliyini tanımağa bağlı. Odur ki, rəsmi İrəvan Türkiyədəki zəlzələnin yaratdığı tarixi şansı (“hər şər işdə bir xeyir başlanğıcı var”) düzgün qiymətləndirməlidir, nəinki İran və ya Fransa kimi dövlətlərin felinə gedib Azərbaycana qarşı hansısa müştərək və olduqca riskli planlarda yer almalıdır. Bu, Ermənistanın intiharı demək olardı.
“Türkiyə ciddi zəlzələyə məruz qalsa da, bütün riskləri daima dəyərləndirir. Alternativ planları hər zaman var. Geopolitik kövrəkliyi görüb, baş verə biləcək təhdidləri müəyyən edə bilir. Türkiyə və Azərbaycanla belə bir gündə düşmənçilik edənlər uduzarlar”.
Ankaradan Tehrana XƏBƏRDARLIQ: Azərbaycan və İran üz-üzə gəlsə...
Ünal Atabəy 
“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Axar.az-a ehtiyatda olan türkiyəli polkovnik Ünal Atabəy İran və Ermənistanın Azərbaycana hücum planı haqda yayılan informasiyaları şərh edərkən deyib.
Ekspert xəbərdarlıq edib ki, əgər Tehran və İrəvanın Laçına hücum planları varsa, bu onların qursağında qalacaq: “Türkiyənin gücü hər zaman yerindədir. Silahlı Qüvvələrimiz eyni vaxtda 3-4 cəbhədə savaşacaq qabiliyyətə və imkana malikdir. Bu zəlzələni fürsət bilib Ermənistan və İranın Laçın dəhlizi ilə bağlı qurmaq istədikləri oyun üzüntü ilə izlənilir. Əgər İran və Ermənistan belə bir addım atmağa cürət edərsə, Türkiyə və Azərbaycan dünyanı onların başına yıxar. Bundan əmin olsunlar. Qarabağın tamına nəzarət edəcəyimiz kimi, Zəngəzur dəhlizini də nəzarət altına alacağıq. Onların Laçınla bağlı qurduğu xəyallar baş tutmayacaq. Ermənistan avropalı dostlarına güvənməsin, çünki hesabını ağır ödəyə bilər”.
Necə deyərlər, əlavə şərhə yer qalmır.

Siyasət şöbəsi,скачать dle 12.1