Bia.Az

SON DƏQİQƏ: Türkiyə yenə SİLKƏLƏNDİ, ölənlər 20 mini keçir - Türk professorla CANLI

Gündəm
 11-02-2023, 13:01     242

Kahramanmaraşda dağılan binalarla bağlı araşdırmalara başlanılıb. Kahramanmaraş Baş Prokurorluğu şəhərdəki zəlzələlərdən sonra dağılan binalarla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Bildirilib ki, zəlzələ bölgələrində dağılan binalarla bağlı dərhal və gecikdirilmədən araşdırmalara başlanılıb və bu çərçivədə texniki ekspert komissiyaları təyin edilib. Artıq sahədən nümunələr götürülüb.

"Binaların tikintisini öhdəsinə götürən və sonradan tikinti normalarına əməl etməyərək binaların uçmasına səbəb olacaq şəkildə dəyişiklik edən məsul şəxslərin müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlarla yazışmalar aparılıb.

Həmin şəxslər baxımından zəruri ehtiyat situasiyaları qiymətləndirilərək məsələnin həssaslığı nəzərə alınmaqla, təhqiqat hərtərəfli və bütün detallarla aparılır", - deyə məlumatda bildirilib.

Türkiyənin Adıyaman bölgəsində yenidən zəlzələ baş verib. AFAD məlumat yayıb. Məlumata əsasən, yerli saatla 09.06 radələrində baş verən zəlzələ 4,1 bal gücündə olub. Təkanlar 7,51 km dərinlikdə qeydə alınıb. Qeyd edək ki, bu gün Türkiyənin Qəhrəmanmaraş şəhərində də 4,2 bal gücündə yenidən zəlzələ baş verib.

Episentri Türkiyənin Kahramanmaraş vilayəti olan 7,7 bal gücündə zəlzələdən sonra ərazidə dağılan binalarda axtarış-xilasetmə işləri davam edir. Belə əməliyyatların birində dağıntılar altından hamilə qadın sağ çıxarılıb. Zəlzələnin 115-ci saatında xilas edilən Zahide Kayaya ilkin tibbi müdaxilə edilib, sonra isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
TVMusavatın saat 12:15-də canlı efirində “Həftə içi”nin aparıcısı Emil Salamoğlu zəlzələ bölgəsindən son xəbərləri çatdırır və Ərzurumdan olan keçmiş millət vəkili, professor Mustafa İlıcalı Türkiyədəki son vəziyyətdən danışır.
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/@Musavattv

скачать dle 12.1