Bia.Az

Klopp onlayn məşq haqda - “Bu qədər sevəcəyimi bilməzdim"

Gündəm
 15-04-2020, 11:44     334

Klopp onlayn məşq haqda - “Bu qədər sevəcəyimi bilməzdim"“Liverpul”un baş məşqçisi Yurgen Klopp onlayn məşq haqda danışıb.

bia.az xəbər verir ki, almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bu cür məşq prosesindən zövq aldığını bildirib:

“Bu qədər sevəcəyimi təxmin etməzdim. Futbolçuları gördüyüm an hər şey dəyişir” – deyə o qeyd edib.

Klopp onlayn məşqə gecikənlərin cəzalandığını da açıqlayıb: “Səhər saat 10-da məşqə başlayırıq. Bura vaxtında gəlmək vacibdir. Çünki pul cəzamız var. Onlayn məşqə gecikənlər pul ödəməyə məcburdurlar. Bu durumda 2020-ci ildə yaxşı formada olmağımızın yeganə yolu bu cür məşqlərdir”.


Xatırladaq ki, koronavirusa görə 29-cu turda dayandırılan Premyer Liqada turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir.скачать dle 12.1