Bia.Az

Belçikalı futbolçu manqala görə cəzalandı

Gündəm
 15-04-2020, 09:26     412

Belçikalı futbolçu manqala görə cəzalandıBelçikanın “Standard” klubunun futbolçusu Obbi Oulare koronavirus pandemiyasına görə tətbiq olunan karantin qaydalarına əməl etmədiyi üçün cəzalanıb.

bia.az xəbər verir ki, belçikalı hücumçu dostları ilə manqal partisi təşkil etdiyi üçün yerli polis tərəfindən 250 avro cərimə olunub.

Oulare Belçika mətbuatına açıqlamasında bunları söyləyib: “Parti təşkil etməmişdik. Amma qonşularım polisə xəbər veriblər. Mən səhv bir iş gördüyümü düşünmürəm. Polislər də işlərini görürlər, amma həddən artıq həssas davrandılar”.скачать dle 12.1