Bia.Az

Milli komandaların oyunları 2021-ci ilə kimi təxirə salına bilər - Rəsmi açıqlama

Gündəm
 14-04-2020, 13:38     336

Milli komandaların oyunları 2021-ci ilə kimi təxirə salına bilər - Rəsmi açıqlamaBu ilin sonuna kimi böyük ehtimalla milli komandaların matçları keçirilməyəcək.

bia.az xarici KİV-lərə istinadən cəbər verir ki bu barədə FİFA-nın vitse-prezidenti Viktor Montalyani məlumat verib. Funksioner hesab edir ki, yığmaların beynəlxalq oyunları 2021-ci ildən əvvəl başlaya bilməz. Bunun səbəbi ölkələrin daxili çempionatları başa vurmaq üçün vaxta ehtiyacı , habelə sərhədlərlə bağlı mümkün qadağaların olmasıdır.

"Hazırda əsas prioritet daxili yarışlar olmalıdır. Yığmaların matçları sentyabr ayı üçün aktualdır. Ancaq mən hazırkı vəziyyətlə əlaqədar həmin vaxt oyunların keçiriləcəyini düşünmürəm. Ancaq əminəm ki, 2021-ci ilin martına kimi hər şey qaydasında olacaq. Əsas milli çempionatlara kömək etməkdir. Sonra bizim tədbirlər haqda düşünmək olar" - deyə o bildirib.скачать dle 12.1