Bia.Az

Gənclər “Xocalıya ədalət” kampaniyası çərçivəsində onlayn fəaliyyətlərə dəvət olunur

Gündəm
 26-02-2020, 14:29     371

Gənclər “Xocalıya ədalət” kampaniyası çərçivəsində onlayn fəaliyyətlərə dəvət olunur

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən “Xocalıya ədalət” kampaniyasına dəstək məqsədilə Gənclər və İdman Nazirliyi "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə birgə faciənin 28-ci ildönümünə həsr olunmuş onlayn fəaliyyətlər təşkil edir.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, fəaliyyətlər çərçivəsində Azərbaycan reallıqları, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması üçün bir sıra məlumatlar rəqəmsal və kommunikasiya alətləri yaradılıb və onlayn resursda təlimat formasında yerləşdirilib.

Hər bir gənc bu resursa daxil olaraq öz dəstəyini ifadə etmək üçün “Facebook” sosial şəbəkəsində örtük şəklini dəyişə və profil şəkilinə çərçivəni əlavə edə, poster və infoqrafik məlumatları paylaşa, #JusticeForKhojaly, #Karabakh və #AllforKarabakh həştəqlərindən istifadə edərək tvitlər, postlar yaza, elektron poçt ünvanının imza yerinə ”Xocalı” imzasını yerləşdirə bilər.

Qeyd edək ki, tivitlər Azərbaycan, ingilis, rus, ərəb və italyan dillərində hazırlanıb.

Kommunikasiya və təbliğat alətlər tarixi "Xocalıya ədalət" kampaniyasının rəsmi veb səhifəsinə (www.justiceforkhojaly.org) istinadən yaradılıb.

Təlimat və məlumatları bu linkdən əldə etmək mümkündür: https://www.facebook.com/notes/azərbaycan-respublikasnın-gənclər-və-idman-nazirliyi-gənclərə-iş-şöbəsi/xocalaya-ədalət-kampaniyasına-dəstək/609428146173408/скачать dle 12.1